Dünya siyasətçiləri Heydər Əliyev haqqında

 

Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. 

 

Vladimir PUTİN,

Rusiya Federasiyasının keçmiş Prezidenti

 

   Mərhum Heydər Əliyevin müdrik uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.

 

Abdullah GÜL,

Türkiyə Respublikasının Prezidenti

 

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Azərbaycan, Əfqanıstan İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir.

 

Corc BUŞ,

Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti

 

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini qətiyyətini yüksək qiymətləndirdim.

 

 

Jak ŞİRAK,

Fransa Respublikasının keçmiş Prezidenti

 

Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.2.