Akademik Arif  Paşayevin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

 

Xırdalan şəhərindəki 9 nömrəli orta məktəbdə akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbirdə məktəbin direktoru Elmira Yaqubova Dövlət mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin həyatı və elmi fəaliyyəti barədə ətraflı məlumat verib.

Akademik Arif Paşayevin fizika elminin inkişafındakı xidmətlərindən danışan Milli Elmlər Akademiyasının müxbir üzvü Bahadır Tağıyev onun elmi rəhbərliyi ilə Azərbaycanda ilk dəfə pilotsuz təyyarə, minaların axtarışı və zərərsizləşdirilməsi üçün məsafədən idarə olunan robot yaradıldığını xüsusi qeyd edib. Bildirilib ki, akademik Arif Paşayev 400-dək elmi əsərin, 20 dərs vəsaitinin və 60-dan çox patentin müəllifidir. Çıxış edənlər akademik Arif Paşayevin rektoru olduğu Milli Aviasiya Akademiyasının fəaliyyəti barədə də ətraflı məlumat veriblər. Hazırda akademiyanın ölkənin ən nüfuzlu ali məktəblərindən birinə çevrildiyi və burada 23 ixtisas üzrə beynəlxalq standartlar səviyyəsində kadrlar hazırlandığı diqqətə çatdırılıb.

 

 

Yeni Azərbaycan.- 2009.- 17 fevral.- S. 5.