2009-2010-cu dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

1. 2009-2010-cu dərs ili üçün Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan ümumtəhsil məktəblərinin, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin III-XI, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin III-IV siniflərinin tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilsin.

2. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov), İqtisadiyyat şöbəsi (H.Zeynalov), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavələrlə birlikdə Azərbaycan müəllimi qəzetində və nazirliyin Təhsil xəbərləriməcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

30 iyun 2009-cu il

 

Azərbaycan müəllimi.-2009.-10 iyul.-S.2.