Fransa universitetindən BSU-ya hədiyyə

 

Bakı Slavyan Universiteti Fransanın "Nansi-2" Universiteti ilə müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edir. Belə ki, may ayında BSU-nun rektoru Kamal Abdullayev "Nansi-2" Universitetinin rektoru Jan Fransua Leportyer arasında elmi-texniki sahədə əməkdaşlıq konvensiyası imzalanıb. K.Abdullayev Parisdə Fransa dövlət Şərq dilləri sivilizasiyaları Strasburq universitetlərinin müəllim-tələbə heyəti ilə görüşlər keçirib. Bu görüşlər zamanı azərbaycanlı alim iki ölkə arasındakı əlaqələr, bədii-mifik yaradıcılıq barədə geniş məlumatlar verib mühazirələr oxuyub.

Səmərəli əməkdaşlığın nəticəsidir ki, keçən həftə "Nansi-2" Universitetinin professoru Erik Şümüleviç BSU-ya 50 bədii kitab hədiyyə göndərib.

 

 

Azərbaycan müəllimi.-2009.-17 fevral.-S.2.