Sumqayıt Dövlət Universitetinə sertifikat verildi

 

Azərbaycan Respublikasında təhsil pillələrində həyata keçirilən islahatlar ölkə tarixinin XXI əsrin əvvəllərindəki səhifələrini zənginləşdirən parlaq uğurlardır: ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması, Milli Kurikulumla tədrisə, ali məktəblərdə kredit sisteminə keçilməsi... Respublika müəllimlərinin XIII qurultayında ali təhsil sahəsində akkreditasiyanın reallaşdırılması məsələsi xüsusi vurğulanmışdı. Artıq Təhsil Nazirliyinin təşkil etdiyi Attestasiya Komissiyasından keçmiş ali məktəblərin sayı qurultaydan sonra artmışdır.

Sumqayıt Dövlət Universiteti ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılıb. Ötən 9 il ərzində çoxprofilli mütəxəssis hazırlığı istiqamətlərində nailiyyətlər qazanmış ali məktəbdə çalışan professor-müəllim heyətinin tərkibi elmlər doktorları elmlər namizədlərinin hesabına zənginləşdirilib: Almaniya, İran s. ölkələrlə elmi əməkdaşlıq əlaqələri yaradılıb; tələbələr arasında bədən tərbiyəsi idmanın kütləviləşməsi təmin olunub, belə ki, universitetin tələbələri əməkdaşları keçirilən müxtəlif yarışlarda layiqli yerlər tuturlar. 2008-2009-cu dərs ilinin ikinci yarısında universitetdə 9 istiqamət üzrə 46 mövzunu əhatə edən elmi görülüb. Bunladan 7-si istehsalatda, 15-i isə tədris sahəsində tətbiq olunub. 2 monoqrafiya, 10 dərslik, 15 metodiki vəsait çap olunub, 243 elmi məqalə yerli jurnallarda xarici ölkələrin elmi nəşrlərində işıq üzü görüb.

Ali məktəbin tədris-maddi, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində işlər görülüb. Bu ya digər uğurlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Attestasiya Komissiyası tərəfindən araşdırılmış, təqdir edilmiş, həm görüləsi diqqət yetiriləsi tərəflər dəqiqləşdirilərək arayış hazırlanmışdır.

İyulun 15-də keçirilmiş genişləndirilmiş elmi şurada nazirliyin Attestasiya Komissiyasının sədri, professor Eldar Qocayev çıxış edərək ali məktəbin nailiyyətlərini dəyərləndirdi.

Təhsil Nazirliyinin əməkdaşı Solmaz İsmayılzadə nazir Misir Mərdanovun adından SDU-ya verilən sertifikatı rektor N.Qəhrəmanova təqdim etdi.

 

 

Ş.ELNUR

 

Azərbaycan müəllimi.-2009.-31 iyul.-S.4.