Orta ümumtəhsil məktəblərində buraxılış imtahanları başlandı

 

İyunun 3-də Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad Qobustan rayonlarının orta ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

23 minədək şagirdin iştirak etdiyi imtahanlarda davamiyyət 90 faiz təşkil edib. Həmin rayonlar üzrə keçirilən imtahanda ötən dərs ilində qeyri-kafi qiymət almış şagirdlər iştirak ediblər.

İyunun 8- Gəncə, Mingəçevir Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz Yevlax rayonlarında mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.

Bütün bölgələr üzrə keçirilən imtahanlar başa çatdıqdan sonra nəticələr yekun attestat qiymətləri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-5 iyun.-S.1.