Spartakiadaya yekun vuruldu

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 27 fevral 2009-cu il tarixli birgə qərarına müvafiq olaraq mayın 1-dən 31-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 86- ildönümünə həsr olunmuş Spartakiada keçirilmişdir.

Spartakiadanın proqramına 6 idman növü, o cümlədən şahmat, dama, nərd, stolüstü tennis, voleybol futzal daxil olmuşdur. Spartakiada yarışlarında 14 ali təhsil müəssisəsinin komandaları iştirak etmişdir.

Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlar Həmkarlar İttifaqının Yasamal rayonundakı şahmat-dama klubunda, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan Texniki Universitetinin idman zallarında keçirilmişdir.

Spartakiadanın başa çatması ilə əlaqədar 2009-cu il iyunun 4- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında bağlanış mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev açaraq ölkə Prezidentinin idmana qayğısından, ölkəmizdə idmanın inkişafından belə yarışların gələcəkdə keçiriləcəyindən söhbət açdı. Daha sonra Təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək qalibləri təbrik etdi.

Mərasimin sonunda spartakiada qaliblərinə kuboklar mükafatlar təqdim olundu.

 

 

Azərbaycan müəllimi.-2009.-5 iyun.-S.5.