AMİ-nin Salyan filialında zona seminar-müşavirəsi

 

Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının dislokasiyasına daxil olan Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad rayon Şirvan şəhər təhsil şöbələri metodmərkəzlərinin müdirləri, metodistləri, fəal dayaq məntəqələrinin rəhbərləri, habelə qabaqcıl müəllimlərin iştirakı ilə Salyanda "Azərbaycan təhsil sistemində islahatlar" mövzusunda seminar-müşavirə keçirilmişdir.

 

Müşavirəni filialın direktoru, fizika-riyaziyyat elmləri namizədi, dosent Aslan Dəmirov açmış, təhsil islahatları sahəsində uğurlardan bəhs etmiş, ölkə Prezidentinin təhsil sahəsində imzaladığı sərəncamların, Təhsil Nazirliyinin əmr kollegiya qərarlarının əhəmiyyətini qeyd etmişdir. Təhsil İslahatının başlıca istiqamətlərindən biri olan əlavə təhsilin əhəmiyyəti, müəllimlərin ixtisasartırma təkmilləşdirilməsinin vacibliyi ön plana çəkilmişdir.

Sonra məruzələr edilmişdir. "Məktəblərdə fənlər üzrə dayaq məntəqələrinin pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində gördüyü işlərin vəziyyəti, qarşıda duran vəzifələr barədə" filialın müasir təlim metodları dayaq məntəqələri ilə kabinetinin müdiri Sahib Həsənov, "Müəllimlərin ixtisasartırma təhsilində yeni mexanizmlərin tətbiqi" mövzusunda filialın əlavə təhsil kabinetinin müdiri Babək Həsənov, "Kurikulumun tətbiqi vəziyyəti, şagird şəxsiyyətinin formalaşmasında onun rolu" mövzusunda Şirvan Şəhər Təhsil Şöbəsi metodmərkəzinin müdiri Elçin Həsənov, "Müəllimlərin ixtisasartırma təkmilləşdirilməsi istiqamətində aparılan işlərdə Salyan Rayon Təhsil Şöbəsi filialın əlbir fəaliyyəti" mövzusunda Salyan Rayon Təhsil Şöbəsi metodmərkəzinin müdiri Nizami Zərbəliyev məruzələr etmişlər.

Məruzələr ətrafında Salyan şəhər texniki təmayüllü məktəb-liseyin kimya müəllimi, respublikanın əməkdar müəllimi Gülşən Piriyeva, Saatlı şəhər S.Vurğun adına 1 nömrəli orta məktəbin riyaziyyat müəllimi, respublikanın əməkdar müəllimi Oqtay Məmmədov, Salyan şəhər texniki təmayüllü məktəb-liseyin ingilis dili müəllimi, respublikanın əməkdar müəllimi, Prezident təqaüdçüsü Həsənağa Əhmədov, Saatlı rayonu Qarayevkənd orta məktəbin direktoru Zakir Tağıyev başqaları çıxış etmişlər.

 

 

S.HƏSƏNOV

 

Azərbaycan müəllimi.-2009.-19 iyun.-S.5.