Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr edilmiş məktəblilərin şahmat üzrə Respublika çempionatının keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasında uşaq gənclər arasında şahmatın daha da inkişaf etdirilməsi, onlar arasında dostluq idman əlaqələrinin möhkəmləndirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. IX-X əsrlərdə yaşamış görkəmli Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr edilmiş məktəblilərin şahmat üzrə Respublika çempionatı 04-10 aprel 2009-cu il tarixlərində Bakı şəhərində keçirilsin.

2. Çempionatın əsasnaməsi təsdiq edilsin.

3. Tərbiyə məktəbdənkənar müəssisələrlə şöbəsi (A.İbrahimov) çempionatın yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin.

4. İqtisadiyyat şöbəsi (H.Zeynalov) çempionat qaliblərinin mükafatlandırılması üçün 1950 (bir min doqquz yüz əlli) manat vəsait ayrılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

6. Ümumi şöbə (İ.Mirzəyev) əmr əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

2 mart 2009-cu il

 

Azərbaycan müəllimi.-2009.-6 mart.-S.4.