Görkəmli pedaqoq alimin yubiley tədbiri

 

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli pedaqoq-alim, əməkdar elm xadimi, professor Mərdan Əsədulla oğlu Muradxanovun anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov açaraq Mərdan Muradxanovu görkəmli pedaqoq-alim kimi səciyyələndirdi.

Sonra pedaqoji fakültənin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov "70 illik işıqlı mənalı ömür yolu" mövzusunda məruzə etdi. Universitetin qocaman müəllimi, professor Həsən Mirzəyev, Azərbaycan Təhsil Problemləri İnstitutunun direktor müavini, professor Yəhya Kərimov, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, professorlar Vidadi Xəlilov, Sərdar Quliyev, İramin İsayev çıxış edərək Mərdan Muradxanovla bağlı xatirələrini yubiley iştirakçıları ilə bölüşdülər. Tədbirdə Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun onun Sumqayıt filialının, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Dillər Universitetinin, Bakı Dövlət Universitetinin tanınmış pedaqoq-alimləri iştirak edirdilər. Yubilyarın ailəsi adından qızı, Azərbaycan Dillər Universitetinin baş müəllimi Rəna Abdullayeva çıxış edərək atası haqqında xatirələrini danışdı, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

 

 

R.ZİYADOV

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.7.