Paytaxt məktəblilərinin  XXII spartakiadasına start verildi

 

"START" İdman Sağlamlıq Kompleksində Bakı şəhər məktəblilərinin XXII spartakiadasının açılışına həsr edilmiş bayram tədbiri keçirilmişdir.

 

Tədbirdə giriş sözü ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş təlimatçısı Salman Əbdülov ötən tədris ilində müvafiq əsasnaməyə uyğun olaraq keçirilmiş XXI spartakiadanın nəticələri barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, ötən spartakiadada idmanın 10 növü üzrə keçirilən yarışlarda 1023 nəfər idmançı iştirak etmişdir. Əzizbəyov rayon məktəbliləri spartakiadaya yenidən liderlik etmişlər. Səbail rayonunun təmsilçiləri II yeri qazanıb. III yerə isə Xətai rayon məktəbliləri layiq görülüblər. Qaliblər diplom və kuboklarla təltif edilmişlər. Digər çıxış edənlər - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman məktəbləri sektorunun müdiri Mütəllib Həsənov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Rövşən Əliyev qalibləri təbrik etmiş, onlara yeni-yeni idman nailiyyətləri arzulamışlar.

Sonra Bakı şəhər məktəblilərinin XXII spartakiadasına start verilmişdir.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.8.