Millilik ziyalılıq rəmzi

 

Naxçıvan Dövlət Universitetində ali məktəbin rektoru, akademik, əməkdar elm xadimi, millət vəkili İsa Həbibbəylinin 60 illik yubileyi qeyd olunmuşdur. Yubiley mərasimi universitet televiziyasının İsa Həbibbəylinin 60 illik mənalı şərəfli ömür yolunu əks etdirən "Ziyalı ömrü" filminin nümayişi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yubilyarın həyat və yaradıcılığı haqqında ətraflı məruzə etmişdir.

Məruzədə qeyd olunmuşdur ki, ziyalı mühitdə doğulub boya-başa çatan İsa Həbibbəyli 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına qəbul olmuş, hələ tələbəlik illərindən öz dərin bilik təfəkkürü, fəal ictimaiyyətçiliyi ilə, elmi konfranslardakı, mərkəzi mətbuatdakı çıxışları ilə elmi-pedaqoji mühitin maraq diqqətini cəlb etmiş, 1970-ci ildə akademik Məmməd Cəfər Cəfərovla tanışlıqdan sonra qəti şəkildə elm yolunu seçmişdir. Bir müddət doğma kəndində pedaqoji fəaliyyət göstərən İsa Həbibbəyli 1975-ci ildə taleyini, varlığını həmişəlik olaraq doğma universitetlə bağlamışdır. Məruzəçi 1996- ildən universitetə rektorluq edən İsa Həbibbəylinin Naxçıvan Dövlət Universitetinin hərtərəfli inkişafındakı, dünyada tanınmasındakı xidmətlərindən danışmış, Azərbaycanda ali təhsil quruculuğu sahəsindəki əvəzsiz rolundan bəhs etmişdir. Məruzədə İsa Həbibbəylinin görkəmli elm xadimi kimi uzun illər apardığı çoxsaylı elmi tədqiqatlar, ədəbiyyatşünaslıq elminə, milli mətbuat tarixinə gətirdiyi qiymətli elmi yeniliklər qeyd olunmuşdur. Natiq İsa Həbibbəylinin millət vəkili kimi fəaliyyətindən söz açmış, ictimai xadim kimi dövlətçilik azərbaycançılıq ideyalarının təbliğinə, milli məfkurənin inkişafına böyük dəyər verdiyini vurğulamışdır.

Sonra Naxçıvan MR Ali Məclisinin sədrinin I müavini Azər Zeynalov muxtar respublika rəhbərliyinin təbrikini çatdırmış, taleyini xalqına xidmətə bağlayan, milli ziyalılığın ən yüksək daşıyıcısı, çoxlarının mənəvi idealına çevrilmiş akademik, millət vəkili İsa Həbibbəylinin bundan sonrakı elmi-ictimai fəaliyyəti ilə gələcək nəsillərə örnək olacağını bildirmişdir. Yubilyara Naxçıvan MR Ali Məclisinin Fəxri fərmanı təqdim olunmuşdur.

Məşhur rus tarixçi-qafqazşünası, Rusiya Yazıçılar Jurnalistlər birliklərinin üzvü, professor Rudolf İvanov akademik İsa Həbibbəylinin vətənpərvər maarifpərvər ziyalı, fədakar alim, səmimi dost kimi əxlaqi-mənəvi dəyərlərindən danışmışdır. Rusiyalı alim Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının diplom medalını yubilyara təqdim etmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Sadıq Vəliyev, tələbələr adından universitet YAP Gənclər Birliyinin sədri Elçin Əliyev akademiki təbrik edərək milli elmimizin, maarifimizin tərəqqisində fədakar əməyi olan, elmşünaslıqda öz imzasını qoymuş, dünya elm, təhsil sisteminin ən müasir yeniliklərinin tətbiqinə tükənməz maraq göstərən İsa Həbibbəyliyə gələcək fəaliyyətində uğurlar diləmişlər.

Sonda akademik İsa Həbibbəyli yubiley tədbirinin təşkilatçılarına minnətdarlığını bildirmiş, bunu Azərbaycan elminin, təhsilinin inkişafına göstərilən diqqət qayğı kimi qiymətləndirmiş, bundan sonra da gənc nəslin yetişməsi, milli vətənpərvərlik ruhunda təhsil tərbiyə almaları üçün var qüvvəsini əsirgəməyəcəyini bildirmişdir.

Tədbir iştirakçıları NDU-nun elmi kitabxanasının hazırladığı İsa Həbibbəylinin 60 illik mənalı həyatını zəngin yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.5.