Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans

 

Azərbaycan Müəllimlər İnstitutunda 2009-cu il "Uşaq ili" çərçivəsində "Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu" mövzusunda elmi-praktik konfrans keçirildi.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı şəhərindəki ali məktəblərin prorektorları, texnikum orta məktəblərin direktor müavinləri, Bakı Şəhər üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, məktəbdənkənar müəssisələrin direktorları iştirak edirdi. Qonaqları salamlayan Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor A.Naxçıvanlı sözü təhsil nazirinin müavini Elmar Qasımova verdi.

Elmar Qasımov çıxış edərək bildirdi ki, bu tədbir çox mühüm əhəmiyyət kəsb edir. Narkomaniya ilə mübarizə indi bəşəriyyəti düşündürən ən vacib problemlərdən biridir. Bu tədbirin bir əhəmiyyəti ondadır ki, burada iştirak edənlər, tədbirə dəvət olunanlar bu işlə praktik məşğul olan müəllim təhsil işçiləridir.

Narkomanlıq bütün dünyanı bürümüş ictimai bir bəladır ən faciəli problemə çevrilmişdir, - deyən təhsil nazirinin müavini bildirdi ki, heç kim ondan sığortalanmayıb. İndii narkomanlıq dünyanın bir nömrəli probleminə çevrilib. Əgər əvvəllər müharibə təhlükəsi, qlobal istiləşmə digər məsələlər var idisə, indi isə narkomanlıq bu problemlər sırasında ön sırada durur. Bu faciəli bəlanın əsas kökü ondan ibarətdir ki, bunun qarşısı vaxtında alınsın.

Daha sonra problemin aradan qaldırılması yollarından danışan təhsil nazirinin müavini E.Qasımov bildirdi ki, gənclərin asudə vaxtlarının təşkilinə ciddi diqqət yetirilməlidir. Onlar idman məktəblərində müxtəlif bölmələrdə məşğul olmalı, sağlam həyat tərzi keçirməli digər zərərli vərdişlərdən xilas olmaq üçün müxtəlif elmi-kütləvi tədbirlərə daha çox cəlb olunmalıdırlar.

Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri, psixologiya elmləri namizədi Ruhəngiz Rzayeva "Narkomanlığın profilaktikasında yeni pedaqoji üsulların tətbiqi" mövzusunda məruzə etdi. Milli Məclisin üzvü Fuad Muradov, Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev, Daxili İşlər Nazirliyinin Narkomanlığa qarşı mübarizə baş idarəsinin rəis müavini Adil Ələkbərov, Gənclər İdman Nazirliyinin idarə rəisi Fərhad Hacıyev konfransda çıxış edərək bu qlobal bəlanın qarşısının alınmasında dövlət orqanlarının, təhsil ocaqlarının gördüyü işlərdən, habelə bu ümumbəşəri bəlanın qarşısının alınmasında pedaqoji kollektivlərin valideynlərin qarşısında duran vəzifələrdən danışdılar.

Diskussiya şəraitində keçən tədbiri təhsil nazirinin müavini Elmar Qasımov yekunlaşdırdı.

 

 

Malik NOVRUZOV

 

Azərbaycan müəllimi.-2009.-30 oktyabr.-S.3.