Şamaxı rayonunun təhsil ocaqları yeni dərs ili ərəfəsində

 

Artıq yeni dərs ilinin astanasındayıq. Rayonun təhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işlərini müvəffəqiyyətlə başa çatdırmaq üçün ən zəruri tədbirlər həyata keçirilir. Elə bunun nəticəsidir ki, S.M.Qənizadə adına şəhər 1 nömrəli orta məktəbin əsaslı təmiri, eyni zamanda burada 15 əlavə sinif otağının tikilməsi, şəhər 2 nömrəli orta məktəb üçün 30 əlavə sinif otağının inşası, eləcə 3 nömrəli orta məktəb üçün 640 yerlik yeni məktəb binasının "Bilik günü" - 15 sentyabrda şagird müəllimlərin istifadəsinə verilməsi çoxsaylı pedaqoji ictimaiyyət valideynlər üçün böyük töhfə olacaqdır. Onu da qeyd edək ki, həmin məktəblər yeni inventarlar, əyani vəsaitlər, ədəbiyyat dərsliklərlə təmin edilib.

Eyni zamanda Şamaxı rayonunun təhsil müəssisələrində payız qış mövsümünə ciddi hazırlıq işləri görülür. RTŞ-nin tədbirlər planına əsasən payız qış mövsümünə hazırlıq işlərini sentyabrın 15-nə kimi tam başa çatdırılacaqdır.

Rayonun şəhər 1, 2, 5, 6, 9 nömrəli orta, internat tipli lisey, Şəhriyar, Sabir, Mədrəsə, Y.Məmmədəliyev adına qəsəbə, Meysəri, Mirikənd, Muğanlı, II Cabanı, Qələybuğurd, Nağaraxana, Göylər 1 2 nömrəli, Ovçulu kənd orta, Böyük Xınıslı, Sis, Dədəgünəş, çağan kənd əsas məktəblərində yeni dərs ilinə hazırlıq işləri daha nümunəvi təşkil olunmuşdur.

 

 

Ədalət MƏMMƏDOV

 

Azərbaycan müəllimi.-2009.- 4 sentyabr.- S.5.