Müvafiq tədbirlər həyata keçirilir

 

2009- 2010 -cu tədris ilində Ağsu rayonunda fəaliyyət göstərəcək 70 ümumtəhsil məktəbində 4 məktəbdənkənar müəssisədə yeni dərs ilinə hazırlıq işləri artıq başa çatıb. Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasiyevdən aldığımız məlumatda bildirilir ki, Kəndoba orta, Cəfərli, Sanqalan əsas məktəblərində əsaslı təmir, Padarqışlaq orta məktəblərində isə cari təmir işləri aparılıb.Yeni dərs ilində təlim -tərbiyənin səviyyəsini yüksəltmək, əmək intizamını möhkəmləndirmək üçün müvafiq tədbirlər hazırlanmış həyata keçirilməsinə başlanılıb.

Bundan başqa, təhsil şöbəsinin şura iclasında ötən dərs ilinin yekunları ciddi müzakirə olunub buraxılan nöqsanlar aidiyyəti işçilərin nəzərinə çatdırılıb.

Bu il I siniflərdə işləyəcək 75 ibtidai sinif müəllimi üçün 5 günlük öyrədici kurslar təşkil olunmuş, keçirilən treninqlərdə fənn kurikulumlarının struktur məzmunu, yeni təlim strategiyaları, yeni qiymətlənirmə mexanizmlərinin tətbiqi s. öyrənilmişdir.

Hazırda məktəblərdə şagirdlərin dərsliklərlə təminatı yüksək səviyyədə təşkil olunmuş rayona təyinatla gəlmiş gənc müəllimlər üçün hər cür şərait yaradılmışdır.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2009.- 4 sentyabr.- S. 5