Naxçıvanda məktəbli yarmarkası açılıb

 

Naxçıvan şəhərində məktəbli yarmarkası açılmışdır.

Naxçıvan MR İqtisadi İnkişaf Təhsil nazirliklərinin birlikdə təşkil etdikləri yarmarkada məktəb ləvazimatları ilə yanaşı, test kitabları, bədii ədəbiyyat nümunələri s. satışa çıxarılmışdır.

Yarmarkaya ucqar dağ kəndlərindən alıcılar gəlmişdilər. Satışa çıxarılan məhsullar arasında muxtar respublikada fəaliyyət göstərən "Zümrüd" kiçik müəssisəsinin "Şirvanşahlar" xarici iqtisadi əlaqələr assosiasiyasının malları keyfiyyətinə görə seçilirdi. Bu istehsal müəssisələri alıcılara məktəbli geyimləri təklif edirdilər.

Yarmarka sentyabrın 15-dək davam edəcəkdir.

 

 

Azərbaycan müəllimi.-2009.-4 sentyabr.-S.5.