Azərbaycan futbolunun sönməyən ulduzu

Ədalətli, sərrast və usta Tofiq Bəhramov

 

Futbol kim üçün əyləncə, kim üçün həyat tərzi, kim üçün isə alışqanlıqdır. Amma futbol bəzi insanların taleyidir - əvvəldən sona kimi ömrünün yazısına çevrilən taleyi. Bunu hər kəsdən çox ona - Azərbaycan futbolunun parlaq ulduzu Tofiq Bəhramova aid etmək olar. Bəli, Azərbaycan idman tarixinin yazılmasında müstəsna xidmətləri olan əfsanəvi futbolçuhakim Tofiq Bəhramov... Özündən sonra böyük bir futbolçu nəslinə nümunə olan, təmsil etdiyi ölkənin adını uzaq sərhədlərdə ləyaqətlə təmsil edən şərəfli hakim. Onun adı indi yalnız Azərbaycan idman aləmində deyil, dünya futbolunda da hörmətlə anılır...

Tofiq Bəhramov 29 yanvar 1925-ci ildə anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə Spartakın gənclərdən ibarət komandasında çıxış edib, daha sonra isə Neftçiyə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Buna baxmayaraq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.

Tofiq Bəhramov 1951-ci ildə keçmiş SSRI çempionatının oyunlarına təyinat alıb. 1964-cü ildə isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, nəinki Azərbaycandan, keçmiş SSRI-dən olan ilk hakim idi ki, beynəlxalq çempionatları idarə etməkdə fərqlənirdi. İki oyunda baş hakim, altı oyunda yan xətt hakimi kimi çıxış edən Tofiq Bəhramovun dünya çempionatının final oyununa düşmək üçün iki beynəlxalq oyunu idarə etməsi kifayət edib. Halbuki o zaman bu, çox qeyri-adi bir hadisə idi. Müasirlərinin söylədiyinə görə, o, məşhur futbol hakimi Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub. Bu da azərbaycanlı - şuşalı balası Tofiq Bəhramovun Azərbaycan idman tarixinə yazdığı şərəfli səhifələrdən biridir. Tofiq Bəhramov keçmiş SSRI- avrokubokların finalında hakimlik etmiş ilk referi kimi tarixə düşüb. 1966-cı ildə dünya çempionatının futbol oyunları Tofiq Bəhramovun adını idmanın bu sahəsi ilə maraqlanan hər kəsə tanıtdı. Almaniya Ingiltərə milliləri arasında baş tutan final oyununda mübahisəli qolu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə həmyerlimiz Qızıl fitlə təltif olundu. Məhz bu oyundakı dəqiq fəaliyyətinə, dürüst hakimliyinə görə Böyük Britaniya Kraliçası Yelizaveta tərəfindən Qızıl ilahə mükafatını alıb. Maraqlıdır ki, hər iki mükafatı Britaniya Kraliçasının özü həmyerlimizə təqdim edib.

 

Adına iki dəfə abidə ucaldılıb

 

Tofiq Bəhramov 1970-ci ildə dünya çempionatında hakimlik edib. Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını da məhz o idarə edib. Tofiq Bəhramov 1972-ci ildə qitələrarası kubokun finalını Hollandiyada, Argentinada idarə edib. O, Azərbaycan Futbol Federasiyası Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb.

Tofiq Bəhramov dünyada ilk futbol hakimidir ki, iki dəfə onun adına abidə ucaldılıb. Eləcə tanınmış ingilis yazıçısı Artur Hopkraft həmyerlimizə özünün ən məşhur Futbol adamı kitabını həsr edib. Əgər bizim üçün Tofiq Bəhramov dünya çempionatının final oyununu idarə edən ilk hakim hesab olunursa, ingilislər üçün o, futbol nəhəngləri ilə bir sırada dayanır. Məhz Artur Hopkraft adıçəkilən kitabında yazıb: Tofiq Bəhramov bayrağını qaldıranda təkcə Uembli" deyil, bütün Ingiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: bu rus istəyir? Ancaq üstündən on illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf etdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".

Tofiq Bəhramovun 1966-cı ildə Ingiltərədə keçirilən 8-ci dünya çempionatının finalında Ingiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuşdünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.

 

Dünya futbol ulduzları onun anım mərasimində

 

Tofiq Bəhramov 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyəsi və idman kafedrasının müdiri işləyib. Bir sıra xarici ölkələrdə beynəlxalq futbol yarışlarına hakimlik edib.

2004-cü ilin 14 oktyabrında dünya futbolunun ulduzları T.Bəhramovun xatirəsinə həsr olunmuş seçmə oyunlarda Azərbaycan və Ingiltərə yığmasının oyununu izləmək üçün Bakıda olub. Həmin gün əfsanəvi hakimin şərəinə ucaldılan abidənin açılış mərasimi də keçirilib. Bundan başqa, dünyanın hakimləri sırasında ilk dəfə məhz onun adına abidə ucaldılmışdı. Mərasimdə FIFA-nın prezidenti Jozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular da iştirak edirdilər. Blatter çıxış edərək: Bakıda olmağıma və böyük idmançının heykəlinin açılışında iştirak etməyimə çox şadam. Hələ indiyə qədər heç bir yerdə hər hansı bir hakimin adını daşıyan stadionun açılışında iştirak etməmişəm. Bu qonaqpərvər mühiti yaratdıqlarına görə bütün Bakı sakinlərinə minnətdarlığımı bildirirəm - deyə ürək sözlərini dilə gətirdi. Azarkeş Aydın Zərbəliyev isə Ola bilər London sakinləri mənimlə razılaşmasınlar, amma mənə elə gəlir ki, yan xətt hakimi Tofiq Bəhramov şərəfinə abidə ucaldılmasına heçadmiral Nelsondan az layiq deyil. Herst isə çıxış edərək Mən sizi 100 faiz əmin edirəm ki, 1966-cı ilin final oyununda Almaniyanın qapısına vurduğum qol doğru idi. Bütün Ingiltərə adından Tofiq Bəhramovun ailəsinə təşəkkür edirəm!"

Tofiq Bəhramov haqqında sənədli film də çəkilib.

Görkəmli idman ustası 2006-cı il dünya çempionatına həsr olunan cizgi filminin də qəhrəmanı olub.

Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 26 dekabr.- S.14