Uşaqlığımızın və uşaqlarımızın “canlı nağılları”...

 

Hamımızı böyüdən cizgi filmləri

 

Azərbaycanda orta nəslə mənsub elə bir şəxs tapılmaz ki, bir zamanlar sevə-sevə seyr etdiyi cizgi filmlərini unutmuş olsun. Əsasən, sovet dövründə yaranan bu filmlər indi dəyərini itirmədən dönə-dönə nümayiş olunmaqdadır. O illərdə yaranan cizgi filmlərindən ən azı ikisini -  “Pıspısa xanım Siçan bəy” “Tülkü həccə gedir” filmini hər kəs xatırlayar hər halda. Əslində, isə bu dövrdə çəkilən cizgi filmlərinin sayı onlarladır.

Milli cizgi filmlərimizin tarixi XX əsrin 30-cu illərinə təsadüf edir. Kinematoqrafçılarımız 1933-cü kinonun bu növünün istehsalı üçün öncədən planlaşdırma aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il “Lökbatan” “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. Sonra “Cat” təlimat filmində isə animasiyaya tam şəkildə müraciət etmişdilər. Bu film ümumittifaq səviyyəsində 1938-ci ilə qədər nümayiş olunmuşdur.

Həmin film ekranlara çıxdıqdan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi çəkmək qərarına gəldi. Çəkiləcək film üçün mövzu axtarmaq çətin olmadı. Ssenarini Azərbaycan xalq nağılları əsasında A.Papov yazdı. Cizgi filmi “Abbasın bədbəxtliyi” adlanırdı, onun rejissoru E.Dikaryov, operatoru Q.Yegiazarov idi. Cizgi filmində rəssamlar - Q.Xalıqov, Zeynalov,  M.Maqomayev  Ə.Mirzəyevin rəsmlərindən istifadə olundu.

Eyni zamanda, həmin dövrdə, Böyük Vətən müharibəsi başlamamışdan öncə studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq aparılmışdı. Nəzərdə tutulan film “Sindbad dəniz səyyahıdır” adlanırdı. Yeni filmin səsli olması nəzərdə tutulmuşdu. Amma məlum olduğu kimi, müharibənin başlaması səbəbindən yarımçıq qaldı.

Bundan xeyli müddət sonra - 1960-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Bu filmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradıldı. Cizgi filmi sənətinin sirrlərini öyrənmək üçün studiyada xüsusi kurslar açıldı...

O illərdən keçən uzun zaman müddətində bir çox yeniliklər baş verib, filmlər çəkilib. Amma Azərbaycan cizgi filmləri sahəsində hələ böyük uğurlara imza ata bilməyib. Bunun bir sıra önəmli səbəbləri var ki, o mövzuda “Azanfilm” animasiya studiyasının direktoru Elçin Hami Axundov hər zaman söhbət açır. Bu kiçik filmlərin böyük məsələləri var-yaxşı animatorlar, bu sahə üzrə bacarıqlı aktyorlar, yaxşı ssenarilər olmalıdır. Hazırda Azərbaycan animasiyasında bunların hamısı ilə bağlı çətinliklər var. Mütəxəssis, belə gedərsə, bu sahədə boşluq yarana biləcəyindən belə narahatdır. Hansı ki, tarixə baxsaq, 60-cı illərdən sonra bir-birinin ardınca xeyli cizgi filmi yarandığını görərik...

 

Yeni bir səhifə açan 60-cı illər

 

1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi bərpa olundu.1969-cu ildə “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmi başa çatdı. “Cırtdan” kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu. Cizgi filmi 1969-cu ildə ekranlara buraxıldı uzun müddət kinoteatrlarımızın ekranlarından düşmədi. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.

1970-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunub. 1970-ci ildə üç belə film çəkilib - “Ayı siçan” (rej. N.Məmmədov) “Şir öküz” (rej. A.Axundov) mikrofilmdir.

“Fitnə” (rej. A.Axundov) adlı üçüncü film isə rəngli applikasiya filmidir. O, dahi N.Gəncəvinin eyni adlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur. Sonra isə “Pıspısa xanım Siçan bəy” (1974) “Cücələrim” (1980) cizgi filmləri (rej. A.Axundov) gəlir. 1971-ci ildə A.Şaiqin eyni adlı əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” (rej. N.Məmədov, B.Əliyev) cizgi filmi isə həm üslub, həm sənətkarlıq baxımından ən maraqlı işlərdəndir. Bu dövrdə çəkilmiş “Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev) ilk yeganə geniş ekranlı Azərbaycan cizgi filmidir.

Bu mərhələdə ərsəyə gələn filmlərin yaradılmasında rəssam - multiplikatorların böyük rolu var. A.Axundov, N.Məmmədov M.Rəfiyev, M.Pənahi, B.Əliyev, H.Əkbərov, F.Quliyeva, Ə.Məmmədov belə sənətkarlardandır.

Sonralar XX əsrin 80-ci illərində kinostudiyada daha 38 adda cizgi filmi istehsal olunmuşdur. Onların sırasında da bir sıra daha populyarları var ki, bunlara “Cücələrim”, “Meşəyə insan gəlir”, “Balaca çoban”, “Xeyir Şər”, “Cırtdan-Pəhləvan”, “Cırtdan div” filmlərini göstərmək olar.

Zaman keçdikcə Azərbaycan cizgi filmlərinə bir çox yeniliklər gəlməyə başlayır. Kinostudiyada “Münəccimin şagirdi” filmində (rej. A.Məhərrəmov) ilk dəfə yarıqabarıq kukladan istifadə olunur. 1990-cı ilin aprel ayında isə Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq - İstehsalat Birliyi oldu. “Azanfilm” - Azərbaycan animasiya filmləri deməkdir.

 

“Azanfilm”in nağılları davam edir

 

Bundan sonra XX əsrin 90-cı illərində “Azanfilm”in rəhbərliyi ilə 19 cizgi filmi çəkildi. Onlara “Bir dəfə haradasa...” (rej. V.Talıbov), “İthaf” (rej. Ş.Nəcəfzadə), “Oda” (rej. V.Talıbov, R.İsmayılov), “Sərkəyin dastanı” (rej. A.Məhərrəmov), “Göyçək Fatma”, “Karvan” (rej. N.Məmmədov), “Güzgü”, “Dəniz gəzintisi”, “Ümid” (hamısı rej. E.Axundov), “Söhbətül-əsmar ” (rej. E.Hami), “Şüəla” (T.Piriyev) filmlərini misal göstərmək olar.

Azərbaycan müstəqillik qazandığı ilk illərdə kino sahəsindəki durğunluq bu istiqamətə təsirini göstərdi. Bir çox filmlər yarımçıq qaldı. İxtisaslı kadrların çoxu ölkəni tərk edib xaricə getdi. Bu boşluq da studiyanın işinə öz təsirini göstərdi.Hazırda da bu boşluq tam doldurulmayıb. Bundan sonrakı illərdə studiyanın işində nisbətən canlanma yaransa da, problemləri tamamilə aradan qaldırmaq mümkün olmadı İndi “Azanfilm”də cəmi üç animator çalışır - Aleksandra Şirinova, Firəngiz Quliyeva, Rauf Dadaşov. Bu işə cəlb olunan gənclər isə müasir proqramlarda çalışırlar. Animasiya işi üçün mükəmməl kompyuter mütəxəssislər lazımdır. Amma hazırda “Azanfilm” fəaliyyətini davam etdirir çətinliklərlə olsa, Azərbaycanda animasiya filmləri yaranmaqda davam edir. Hazırda “Tırtılın arzusu” "İlbizin evi" adlı filmlər çəkilməkdədir. Mütəxəssislər artıq çoxdan dünya təcrübəsinə əsaslanıb bu filmlərin 3D janrında çəkilməsinin zəruri olduğunu bildirirlər. Amma bu sahədə ixtisaslı kadr problemi var. Belə kadrların yetişməsi cizgi filmlərinin inkişafı istiqamətindəki bir mühüm problemi aradan qaldırmış olardı.

Göründüyü kimi, Azərbaycan animasiyasının tarixi yaddaqalan faktlarla zəngin olsa da, onun bu günü haqqında tam ürəkaçan sözlər demək mümkün deyil. Müasir günümüz belə qəhrəmanlıq filmlərinin, o cümlədən serialların çəkilməsini zəruri edir. Bu, yeni böyüməkdə olan nəslin tərbiyəsi üçün ən önəmli məsələlərdəndir. Əks halda, yenə uşaqlarımız öz qəhrəmanlarını xarici filmlərdə axtarmalı olacaqlar.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 24 may.- S.14.