XII əsrə aid sənət abidəsi...

 

Qədim memarlıq nümunəsi - Şeyx Babı Yaqub türbəsi

 

Azərbaycan memarlıq tarixində Qarabağ abidələrinin önəmli yeri var. Uzaq tariximizin öyrənilməsində böyük rol oynayan bu abidələr tədqiqatçı alimlər üçün zəngin material mənbəyidir. Qarabağ memarlığının unikal nümunələrindən biri olan Şeyx Babı Yaqub türbəsi belə abidələr sırasına daxildir.

Xalq arasındaÿ "Şıxbaba türbəsi" adıyla tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Türbədə Şeyx Babı Yaqub dəfn olunub. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N.Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271-1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmrilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan, tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin zahid, kamil Şeyx Babı Yaqub ibn Ismayıl Qur Xər üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273-1274-cü illər) əmr verilib. Məzarın sinədaşı üzərindəki yazılar tərcümə edilib. Orada yazılıb ki, “Bu müqəddəs türbə Zahid, Kamal, Şeyx Babı Yaqub ibn Ismayıl Qur Xər üçün tikilib”.

Məzarın sinədaşında Şeyx Babı Yaqubun Ismayıl, Qur Xər oğlu kimi göstərilməsi onun Ismaililər hərəkatı ilə bağlı olmasını bildirir. Türbə ilə bağlı digər araşdırmalarda da faktların üst-üstə düşdüyünü görürük.

Qədim dövrlərdə müxtəlif ölkələrdən xanəgahı ziyarətə gələrmişlər. Bu da onu sübut edir ki, xanəgahda dəfn olunan Məşədi Babı ibn Yaqub müqəddəs insan olmuşdur.

Kitabədə yazılanlar göstərir ki, xanəgahı XIX əsrin əvvəllərində Kərbəlayi Nasir təmir etdirmişdir. Təbii ki, bu işdə ona kömək edənlər olmuşdur. Ibrahim Mehdiyev, Qürbətəli Niftəliyev, Əziz Ismayılov, Niyaz Quliyev, Hacı Oruc, Hacı Məmməd, Məşədi Səməd, Məşədi Eyvaz başqaları köməklərini əsirgəməmişlər.

Xanəgahın yeraltı yolları, həmçinin həmin minarələrdən biri ciddi zədələnmiş halda qalmaqdadır. Minarələrə bitişik halda tikilmiş məscidin divarlarının qalınlığı heyrətləndiricidir. Xanəgahda müxtəlif təyinatlı hücrələrin olması məqbərənin həm yadelli düşmənlərə qarşı mübarizədə qala kimi istifadə olunduğunu sübut edir. Hücrənin əlvan çalarlı daşlarla örtülmüş otaqları göstərir ki, vaxtilə burada yaşayan insanlar yüksək sənətkarlıq qabiliyyətinə malik olmuşlar.

 

O, Qarabağda çox nüfuzlu sufi şeyxi olub

 

Orta əsrlərdə feodal müharibələri, Iran-Rusiya müharibəsi zamanı dağıntıya məruz qalan abidələrdən biri yenə bu səkkiz guşəli türbə olub. Indi bu unikal memarlıq abidəsindən ancaq türbə minarə qalıb.

Babı türbəsi daşdan tikilib. Üst hissəsi səkkiz bucaqlı çatma günbəzlə örtülüb. “Ornament bəzəklərinə görə türbənin tikintisində Əcəmi memarlıq məktəbinin təsiri duyulur. Bəzi məlumatlara görə, abidə görkəmli Azərbaycan ilahiyyatçısı, şair, filosof sərkərdə Şeyx Babı Yaqubun şərəfinə ucaldılıb. Bəlkə , elə bu səbəbdən el arasında bəzən ona Şıxbaba türbəsi deyilir”. (Nazim Tapdıqoğlu)

Bu tarixi memarlıq abidəsinin tədqiqi ilə XIX-XX əsrlərdə bir çox rus alimləri məşğul olub. Orta əsrlər dövrünün məşhur araşdırıcısı A.Brozqula akademik T.Roskovski öz tədqiqatlarında Şeyx Babı Yaqub türbəsinin XII əsrə aid olduğunu göstəriblər. Daha sonra rus tədqiqatçılarından professor V.Kraçkovskaya da bu türbə ilə bağlı araşdırma aparıb onun XIII əsrə aid olduğunu təsdiqləyib. 1930-cu illərdə şərqşünas alim M.Xanikov da Babı türbəsini tədqiq edib.

XX əsrin ikinci yarısında rus tarixçiləri ilə bərabər, Azərbaycan alimləri (Ə.Salamzadə, Ş.Fətullayev, M.Nemət, K.Məmmədzadə) Şeyx Babı Yaqub türbəsinin tədqiqilə bağlı maraqlı araşdırmalar aparıblar. Onların da elmi qənaətinə görə, türbə Naxçıvan (Əcəmi) memarlıq məktəbinin üslubunda inşa edilib.

Babının qədim kəhrizləri, tarixi abidələri göstərir ki, hələ lap qədim zamanlardan burada bizim əcdadlarımız yaşamışlar. Mənbələr göstərir ki, Şeyx Babı Yaqubun çoxlu sayda müridləri olub. Onlar Qarabağda, Azərbaycanın digər bölgələrində fəaliyyət göstəriblər. Hətta Şeyx Babı Yaqub öləndən sonra belə, onlar bu ərazilərdə fəaliyyətlərini davam etdiriblər. Bu fikri Azərbaycanın bir çox bölgələrində aparılan arxeoloji tarixi araşdırmalar zamanı bu tipli qəbirüstü abidələrdə aşkar edilən yazılar təsdiq edib. Belə güman edilib ki, Şeyx Babı Yaqub orta əsrlərdə Qarabağda çox nüfuzlu hörmətli sufi şeyxi olub.

 

Arxeoloji qazıntılar yeni faktlara işıq salır

 

Tarixçi Fəzullah RəşidəddinCami ət-təvarixəsərində bildirir ki, şeyx Babi Yaqub XIII yüzillikdə yaşayıb. Dövrünün böyük alimi təriqət mürşidi olub. Elxanlı sultanları ona daim hörmətlə yanaşıblar. O, bu dövlətin ictimai-siyasi həyatında önəmli rol oynayıb. Ölkədə taxt-tac qazanmaq istəyən feodallar birinci onunla siyasi birliyə daxil olarmış.

Arxeoloji araşdırmalar zamanı bu türbənin yanında qədim hamam xarabalığı da aşkar olunub. Onu da deyək ki, ta qədim zamanlardan yerli kənd əhalisi arasında bir fikir dolaşıb: “Bu türbədən qonşu Əhmədalılar kəndinə Irana yeraltı yol olub...”

“Ta qədimdən kənddə dolaşan bu fikirlə bağlı qəbiristanlığa getdim. Gördüm ki, bu yollar var. Amma burada əsaslı arxeoloji qazıntılar aparılmadığından yolların istiqamətini müəyyən etmək çətindir...” (Nazim Tapdıqoğlu).

Yaxın zamanlarda Babı kəndinin ərazisində orta əsrlər Qarabağına aid iri yaşayış məskəni aşkarlanıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya Institutunun Bərdə arxeoloji ekspedisiyasının rəisi Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, buradakı böyük xanəgahda XVIII əsrə aid məscid, hamam kompleksi, hücrələrin qalıqları var: “Həmin ərazidən 3 km. məsafədəNağara təpəsi" deyilən ərazidə antik ilk orta əsrlərə aid yaşayış yeri aşkarlanıb. Kürdmahmudlu kəndində isə yeraltı sərdabə aşkara çıxarmışıq. Burada tədqiqatlar aparmağa çox böyük ehtiyac var. Bu ərazi orta əsrlər Qarabağına aid ən böyük tapıntıdır".

Bundan başqa, tarix elmləri doktoru, arxeoloq Xəqani Alməmmədov deyib ki, XIII əsrə aid Şeyx Babı Yaqub xanəgahında aparılan qazıntılardan sonra abidənin yaxınlığında həyata keçirilən növbəti arxeoloji tədqiqatlar nəticəsində daha bir türbənin qalıqları xanəgahın mühafizə divarları torpaq qatının altından çıxarılıb. Onun sözlərinə görə, tapıntılar Azərbaycan Mədəniyyət Turizm NazirliyininAzərbərpaElimi-Tədqiqat Layihə Institutunun mütəxəssislərinə təhvil verilsə , onun mühafizəsi normal şəkildə təşkil edilməyib. Açıq hava şəraitində qalan arxeoloji tapıntıların xüsusi mühafizəyə ehtiyacı var, əks təqdirdə, onu qoruyub saxlamaq mümkün olmayacaq. Artıq yağmurlu havaların yaxınlaşdığını deyən arxeoloq bildirib ki, Şeyx Babı Yaqub xanəgahında torpağın altından çıxarılan tapıntılar rütubətli hava şəraitində qısa müddət ərzində tamamilə sıradan çıxacaq. O qeyd edib ki, Şeyx Babı Yaqub türbəsi Şuşa Xudafərin körpüsündən sonra Qarabağ bölgəsində ən dəyərli böyük tarixi abidələrdən hesab olunur. Burada açıq muzey yaradılması nəzərdə tutulur. Bu xanəgah bərpa olunarsa, turizm üçün çox əlverişli tarixi abidələrdən birinə çevriləcək.

 

 

  Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

 

   KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

            Azadlıq.- 2012.- 12 yanvar.- S.14.