Universitetdə 1 nömrəli diplomun sahibi 

 

Universitet auditoriyasından müharibə meydanlarına

 

İkinci Dünya müharibəsinin başlanması ilə elmi işləri yarımçıq qalan alimlər sırasında onun da adı vardı. Elmi fəaliyyətə 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olduqdan sonra, tələbəlik illərində başlamışdı. Universitetdə oxuduğu 2 il müddətində SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya İnstitutunda laborant vəzifəsində çalışmışdı. Onun çoxlarından fərqlənən bilik qabiliyyəti təhsil aldığı universitetin məşhur professoru Elpatevski bir çox müəllimlərin nəzərindən qaçmadı.

Beləliklə, 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirdiyi zaman onu onurğalılar zoologiyası kafedrasında müəllim saxladılar. Təhsil aldığı universitetin ilk məzunlarından sayılan gənc alim 1 saylı diplomun sahibi oldu. 1940-cı ildə müəllimlik fəaliyyətini davam etdirməklə bərabər, Zoologiya İnstitutundaİxtiologiyaixtisası üzrə aspiranturada oxumağa başladı...

Haqqında söz açdığımız bu görkəmli alim Azərbaycanda zoologiya-ixtiologiya elmləri sahəsində tanınmış mütəxəssis, AMEA-nın müxbir üzvü  Yusif Əbdürrəhmanovdur. Müharibə onun bütün planlarını yarımçıq qoydu. Milyonlarla gənc kimi, o da od püskürən savaş meydanlarına yola düşdü. Müharibənin ilk günlərindən 1943-cü ilədək Xəzər hərbi dəniz donanmasının gəmilərində radist vəzifəsində çalışdı. Çətin sınaq illəri alimi elmi işlərindən ayırsa da, müharibə başa çatan kimi, öz işinin başına döndü. Böyük çətinliklər dövrü idi. Amma o, elmi axtarışlarını dayandırmaq niyyətində deyildi...

AMEA Zoologiya İnstitutunun veb səhifəsində görkəmli Azərbaycan alimi Yusif Ələkbər oğlu Əbdürrəhmanov haqqında təfərrüatlı bioqrafik məlumat yer alır. O, 1912-ci il may ayının 18-də Şəki şəhərində anadan olmuşdur. Valideynlərini gənc yaşlarından itirmiş, ibtidai təhsilini Şəkidəki nümunə-zəhmət məktəbində almış 1925-ci ildə Şəki pedaqoji texnikumuna daxil olmuşdur. Bu texnikumu bitirdikdən sonra 4 il kənd müəllimi, kolxoz gənclər məktəbində müəllim tədris hissə müdiri işləmişdir.

Y.Əbdürrəhmanovun əsas elmi işləri müharibədən sonra başlanmışdır. Hərbi xidməti başa vurduqdan sonra o, biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1945-ci ilin iyul ayındaXəzər şirbitinin biologiyasımövzusunda dissertasiya işi müdafiə etmiş Azərbaycan SSR EA Zoologiya İnstitutunun su heyvanları şöbəsində baş elmi işçi vəzifəsinə qəbul edilmişdir. Həmin şöbəyə o dövrdə məşhur alim, Azərbaycanın balıq faunasının öyrənilməsində əvəzsiz xidmətləri olmuş akademik A.N.Derjavin rəhbərlik edirdi.

Bu nüfuzlu alimlə birgə işləmək Əbdürrəhmanovun elmi fəaliyyətində mühüm mərhələ olmuşdur. Qısa zamanda İnstitutun su heyvanları şöbəsinin əsasında yaradılmış ixtiologiya laboratoriyasına rəhbərlik etmək Y.Ə.Əbdürrəhmanova həvalə edilmişdir. Alim 1952-ci ildən ömrünün sonuna kimi ixtiologiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.

 

Azərbaycan balıqlarını öyrənən alim

 

Azərbaycanın keçmiş SSRİ-nin müxtəlif nəşriyyatlarında, habelə xaricdə nəşr olunan jurnallarda görkəmli alimin 100-dən çox elmi əsəri çap edilmişdir. Y.Ə.Əbdürrəhmanov eyni zamanda 6 monoqrafiyanın müəllifidir.

ƏbdürrəhmanovAzərbaycan balıqları” (1955) monoqrafiyasında Respublika sularında yayılmış balıqlar haqqında mövcud məlumatları dərindən tədqiq etmiş ümumiləşdirmişdir. Bu monoqrafiya ixtiologiya sahəsində Azərbaycan dilində yazılmış ilk əsər olmaqla bərabər, ali məktəb tələbələri üçün qiymətli tədris vasitəsi hesab edilir.

Y.Ə.Əbdürrəhmanov 1960-cı ildəAzərbaycanın şirin su balıqlarımövzusunda dissertasiya işi müdafiə etmiş, biologiya elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir. 1965-ci ildə ona ixtiologiya ixtisası üzrə professor elmi adı verilmiş, 1968-ci ildən isə alim Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

Böyük alim ixtiologiya laboratoriyasının müdiri olduğu 25 il ərzində respublikanın daxili su hövzələrinin, Xəzər dənizinin balıq faunasının ehtiyatının tədqiqi sahəsində elmi məktəbin formalaşmasına mühüm xidmətlər göstərmişdir. Bu laboratoriyanın fəaliyyəti balıqçılıq təsərrüfatı idarələrinin işi ilə sıx sürətdə bağlıdır. Onun rəhbərlik etdiyi qurumun bir sıra elmi-tədqiqat işlərinin nəticəsi müvafiq əməli təkliflərlə balıqçılıq təsərrüfatı idarələrinə verilmişdir. Əbdürrəhmanov başqa ixtioloqlar tərəfindən aparılmış tədqiqatlara əsasən demək olar ki, Azərbaycanın heyvanlar aləmi içərisində balıqlar ən yaxşı öyrənilmiş heyvan qruplarından sayılır.

Mingəçevir su anbarının biologiyası laboratoriyasının ilk yaradıcılarından biri Y.Ə.Əbdürrəhmanovdur. Böyük alimin onun Zoologiya İnstitutunda çalışan başqa ixtioloq həmkarlarının apardıqları tədqiqatlar sayəsində Mingəçevir su anbarı respublikanın yaxşı öyrənilmiş su hövzələrindən hesab olunur.

Y.Ə.ƏbdürrəhmanovunAzərbaycan faunası” (VII cild) seriyasından olanBalıqlar” (1966) kitabında Azərbaycanın şirin sularında Xəzərin Azərbaycan sektorunda yaşayan 95 növ yarımnöv balığın təsnifat qaydası ilə morfologiyası, yayılması, həyat tərzi təsərrüfat əhəmiyyətinə dair yeni məlumatlar verilir.

 

Böyük elmi dəyər daşıyan əsərləri

 

Görkəmli ixtioloqun əsərləri ümumilikdə böyük elmi əhəmiyyət daşıyır. Bu əsərlər haqqında mərkəzi jurnallarda, xarici mətbuat səhifələrində dərc olunmuş rəylər, o cümlədən Azərbaycan SSR EA Zoologiya İnstitutunun müdiriyyəti tərəfindən həmin əsərlər üçün müəllifə verilən xüsusi mükafatlar bunların yüksək elmi əhəmiyyətini bir daha sübut edir. Y.Ə.Əbdürrəhmanovun elmi fəaliyyəti Azərbaycan dilində zooloji ədəbiyyatın, dərsliklərin yaranmasına da öz gözəl töhfəsini vermişdir. AlimZoologiya terminləri lüğəti”nin (1961) müəlliflərindən biridir. O, “Azərbaycan dilinin izahlı lüğəti”nə (1965) daxil olan zooloji terminlərin izahını vermişdir. Əbdürrəhmanov Azərbaycan Sovet Ensiklopediyasının ayrı-ayrı cildlərinə daxil edilmiş bir sıra məqalələrin, eyni zamanda həmin ensiklopediyanın bütün cildlərinə daxil olan zoologiya üzrə sözlərin müəllifidir.

Bundan başqa, Y.Ə.Əbdürrəhmanov 1945-54-cü illərdə Azərbaycan Dövlət UniversitetininBiologiyafakültəsində ixtiologiya, balıqların ekologiyası, paleozoologiya fənlərindən mühazirələr oxumuş, tələbələrin diplom işlərinə rəhbərlik etmişdir. Alim ali orta məktəblər üçün zoologiya dərsliklərinin yazılmasında Azərbaycan dilinə tərcümə edilməsində yaxından iştirak etmişdir. Y.Ə.Əbdürrəhmanov Moskva, Leninqrad, Kiyev, Bakı başqa şəhərlərdə keçirilən ümumittifaq konfranslarında, elmi sessiyalarda məruzələrlə çıxış etmişdir.

Onun P.A.Qayıbova H.S.Abbasovla birgə yazdığıBizim balıqlar” (1955) adlı kitabçası elmi-kütləvi kitabçalar içərisində xüsusi qiymətə malikdir. 1971-ci ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının Rəyasət heyəti Y.Ə.ƏbdürrəhmanovuTəbiəti mühafizəyə həsr olunmuş ən yaxşı mühazirələrin mətnin tərtib etməküzrə I Respublika müsabiqəsində I dərəcəli diplomla mükafatlandırmışdır.

Bir çox nüfuzlu ictimai vəzifələrin mühüm titulların sahibi olan professor Y.Ə.Əbdürrəhmanov fəaliyyəti dövründəŞərəf Nişanıordeni 4 medalla təltif edilmişdir.

Böyük alim Y.Ə.Əbdürrəhmanov 1977-ci ildə 65 yaşında vəfat etmişdir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 7 fevral.- S.14.