Dənizlər aslanı Aslanbəyov

 

Azərbaycanlı məşhur admiral

 

 Tarixdən məlum olduğu kimi, XIX əsrdə azərbaycanlı hərbçilərin bir çoxu çar Rusiyası ordusunda xidmət etmək məcburiyyətində qalmış və onların əsas uğurları da bu ordunun adına yazılmışdır. Belə tarixi şəxsiyyətlərdən biriömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında xidmətə həsr etmiş İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovdur.

Admiral Aslanbəyov üç il Peterburqdakı dənizçilik məktəbində təhsil almış və oranı əla qiymətlərlə bitirmiş, Baltik dənizində “Aleksandr Nevski” və “Prozergin” hərbi freqatlarında üzən miçman, bundan başqa, iki ilİmperator I Pyotr” sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir.

İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 1822-ci ildə Bakıda anadan olmuşdur. 1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər sinfini bitirən İbrahim bəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində üzmüş, Qara dənizin şərq sahillərində baş verən toqquşmalarda iştirak etmişdir.

Bu dövrlə bağlı hərbçilərimizin fəaliyyətini araşdıran dəyərli tədqiqatçımız Şəmistan Nəzirli “Arxivlərin sirri açılır” kitabında başqa Azərbaycan generalları ilə bərabər, Aslanbəyovun həyat yoluna da geniş yer ayırmışdır.

İbrahim bəy Aslanbəyov “Elbrus” hərbi gəmisinə komandirlik etmiş, 1854-cü ildə düşmənin ticarət “gəmilərini darmadağın etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust) dənizə çıxmış, avqust ayında isə desant gəmisinin döyüşən batareyasına komandirlik etmişdir. Göstərdiyi bu xidmətlərə görə leytenant Aslanbəyova kapitan-leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müharibənin axırına kimi Sevastopol qarnizonunda olmuş, avqustun 27-də sonuncu hücumu dəf edərkən kontuziya almışdır. Şərq müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma ekipacına komandirlik etmişdir.

1860-1861-ci illərdə “Sokol” pərli korvet gəmisinin komandiri kimi Aralıq dənizində üzmüş Aslanbəyov həmin gəmini Kronştadta gətirmişdir. 1863-cü ildə isə həmin korvetlə Nikolayev şəhərinə qayıdan İbrahim bəy, iki ildən sonraRetvizan” gəmisinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse admiral Q.İ.Butakovun zirehli eskadrasında qərargah rəisi olmuşdur.

 

Hərbi dəniz tarixində nüfuzlu bir ad

 

Aslanbəyov 1869-1872-ci illərdə dəfələrlə müxtəlif  ümumdövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir. Estoniyaya ezam olunan Ibrahim bəy gəmiçilik məktəblərinin yaradılması ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur.

İbrahim bəy Aslanbəyov 1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi ilə təltif olunarkən artıq səkkizinci donanma ekipajının rəisi idi. Bioqrafiyası həm admiral kimi, həm hərbi dəniz tarixçisi kimi çox zəngin olan Ibrahim bəyin bir hərbçi kimi ömür yolunu ancaq general Əliağa Şıxlinskinin artilleriya tarixindəki xidmətləri ilə müqayisə etmək olar. 

Əliağa Şıxlinskinin elmi hərbi fəaliyyəti Azərbaycanla daha çox bağlı olsa da, admiral Aslanbəyovun elmi tədqiqatları rus hərb elmində geniş istifadə olunmuşdur.

1872-ci ildə I Pyotrun anadan olmasının iki yüz illiyi böyük bayram şənliyi kimi keçirilərkən ümumrus texniki sərgisində iştirak etmək imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək Aslanbəyova etibar olunmuşdu.

Admiral Aslanbəyov eyni zamanda okeanda sürətlə hərəkət edən kreyserlərin uçan eskadrilyanın orduda tətbiq edilməsinin təşəbbüskarıdır. O, Sakit Okean adalarında üzmüş, hətta Polineziyanın xırda adalarını da dolanmışdır.

Admiralın şəxsi işində saxlanan rəy xatirələrdən, xüsusilə dənizçiliyə aid inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur ki, Aslanbəyovun öz heyəti, ümumiyyətlə, tabeliyində olanlar arasında yüksək hörməti olmuşdur. O da  məlum olmuşdur ki, məşhur hərbçi xarici ölkələrdə yaxşı tanınırdı.

Azərbaycanlı hərbçinin gəmi ilə səfərləri haqqında çoxlu lətifələr, eləcə özünün danışdığı Şərq əhvalatları hələ məşhurdur. Bütün bunlar onu göstərir ki, Aslanbəyov məşhur şəxsiyyət kimi çox sevilmiş, böyük nüfuz sahibi olmuşdur.

Kontr-admiral İbrahim bəy Aslanbəyov 1854-cü ildə Baltik Donanmasının kiçik flaqmanı təyin olunmuş, üç il sonra hərbi-dəniz Donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilmişdir. Bu ali rütbədən sonra Baltik Donanması üzrə flaqman vəzifəsinə təyin olunan İbrahim bəy 1900-cü ilin dekabrın 7-də Peterburq şəhərində vəfat etmişdir.

Admiral Aslanbəyov ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirmiş xarici ölkələrin bir çox  yüksək ordenləri ilə təltif olunmuşdur. SerbiyanınTakova” (1879), RusiyanınMüqəddəs Vladimir” (1854), birinci dərəcəliMüqəddəs Stanislav” (1881), birinci dərəcəliMüqəddəs Anna” (1883), “ qartal” (1888) YaponiyanınGünəşin doğması” (1882), Havay dövlətinin ikinci dərəcəliKalakua” (1882) ordenləri onun layiq görüldüyü mükafatlar sırasındadır. 

 

Həmişəyaşar qəhrəman

 

1881-ci ildə admiral Aslanbəyov imperator III Aleksandrın tacqoyma mərasimində iştirak etmiş ona hədiyyə olaraq qılınc verilmiş, həmçinin birillik məvacibi həcmində pul mükafatı ayrılmışdır.

XIX əsrin altmışıncı illərindən başlayaraq admiral İbrahim bəy AslanbəyovunMorskoy sbornikjurnalında silsilə elmi publisistik məqalələri dərc olunmuşdur. OnunSokolüçdorlu hərb gəmisinin Aralıq dənizindən Kronştadta səfəri (1861) Admiral P.S.Naximov bioqrafik oçerk, (1868), Admiral A.S.Qreyq (1873), Admiral A.İ.Panfilov (1874), Dəniz akademiyasının 50 illiyinin bayram edilməsi münasibətilə nitqi (1877), Kontr-admiral İ.Aslanbəyovun səfərləri haqqında məlumatlar (1881) başqa məqalələri  tədqiqatçılar üçün bu gün mükəmməl bir mənbədir.

Admiral AslanbəyovunNaximovun bioqrafiyasıadlı oçerki kitab kimi bir neçə dəfə nəşr olunmuşdur.

1899-cu ildəVitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyikitabı da Sankt-Peterburqda nəşr olunmuşdur.

Hələ sağlığında ikən 1882-ci ildə nəşr olunmuşDəniz xəritəsi nəql edirkitabının 28-ci 253-cü səhifələrində İbrahim bəy Aslanbəyov haqqında qısa bioqrafik göstərici verilmişdir. Həmin məlumatlardan bəzilərində deyilir: “- Oxot dənizi, Saxalin adasında 1882-ci ildə ekipaj tərəfindən Aslanbəyov yarımadası, kəşf edilib Sakit Okean komandanı, eskadrilya kontr-admiralı İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun soyadı ilə adlandırılıb. Soyadları xəritə üzərində hərf səhvi ilə yazılıb.

- Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə kəşf edilib və xəritəyə ekipaj, kliper Plastun kimi yazılıb. Elə həmin vaxtda da Aslanbəyov soyadı ilə adlandırılıb.

- Aslanbəyov İbrahim bəy Allahverdi oğlu (1822-1900) Dəniz korpusu məktəbini bitirib. 1837-1842-ci illərdə Baltik dənizində üzüb. 1842-1861-ci illərdə Qara dəniz donanmasında Selafail, Varşava gəmilərində, Femistokol riqində  və başqalarında qulluq edib. 1865-1868-ci illərdə Reqvizan gəmisinin komandiri, 1879-1882-ci illərdə Sakit Okean eskadrilyasının komandiri olub. 1887-ci ildə Vitse-admiral rütbəsini alıb".

M.P.Lazarev adına Ukrayna Hərbi Dəniz Donanması Veteranları İttifaqının təşəbbüsü ilə Kiyevdə, Dənizçilər parkındakı Fəxri xiyabanda bir sıra yüksək rütbəli dəniz zabitlərinin büstü ilə yanaşı İbrahim bəy Aslanbəyovun da büstü qoyulmuşdur.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 6 iyul.- S.14.