Unudulmaz qələm sahibi və maarifçi  

 

Qutqaşin sultaninin ciliz oğlu...

 

Azərbaycan ədəbiyyatinda və ictimai fikir tarixində unudulmaz adlardan biri olan İsmayil bəy Qutqaşinlini hamimiz taniyiriq. Onun adi tarixə həm yazdiği maraqli əsərlər, həm də böyük maarifçilik işləri iz qoyub. İ.Qutqaşinli Azərbaycan ədəbiyyatina müasir nəsr, hekayə janrini gətirən yaziçidir.

 

İsmayil bəy Qutqaşinli  27 yanvar 1806-ci ildə keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Ailəsi ona bu adi Qurban bayraminda dünyaya gəldiyinə görə vermişdir.

Atasi Nəsrullah Sultan Qutqaşin mahalının son sultani olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyasi onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayirdi. Belə təklif Nəsrullah sultana da gəlmişdir. O da oğlanlarindan ən cilizini, balaca İsmayılı çar hökumətinə vermişdi.

İsmayil bəy 1822-ci ildə rus ordusunda xidmətə başlamişdir. Peterburqda dörd il kadet məktəbində oxumuşdur. 1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan alayinda siravi əsgər kimi hərbi xidmətə başlamişdir.

İsmayil bəy Qutqaşınlı uşaqliq və gənclik illərində dini təhsil almiş, ərəb, fars dillərini  öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyati ilə yaxindan taniş olmuşdur. Xidmət illərində İ.Qutqaşinli bir sira mütərəqqi rus ziyalilari ilə dostluq əlaqəsi yaratmiş, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadli Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanin böyük maarifçi alimləri -Mirzə Fətəli Axundzadə, Qasim bəy Zakir, Abbasqulu ağa Bakixanov və başqalari ilə yaxindan dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatinda “Paqonlu maarifçilər” adi ilə məşhurdurlar.

“Vikipedia”nin görkəmli xadim haqqinda verdiyi bioqrafik məlumatda bildirilir ki, İsmayıl bəy Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür. Müharibələr qurtardiqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə bağli olaraq Moskva, Peterburq, 1832-1836-ci illərdə isə Varşavada yaşamişdir. Onunla birlikdə Varşavaya gedənlər arasinda Abbasqulu ağa Bakıxanovun kiçik qardaşi general-mayor Cəfərqulu ağa Bakıxanov, kapitan Həsən bəy Ağalarov da vardi.

 

Qutqaşinlinin “səfərnamə”si

 

Qutqaşınlı həmçinin hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir. O, 1841-ci ildə istefaya çixmiş və vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir. Rus ordusunda 25 illik xidmətdən sonra İsmayil bəy 1847-ci ildən Şamaxıda “Bəy komissiyasi”nda işləmişdir.

İsmayıl bəy, Rus-Türk müharibələrində ruslarin tərəfindən müharibə apardığına görə gələcəkdə bu hadisədən peşmanlıq duyduğu söylənir. İsmayıl bəyin bu fikrə düşməsində böyük qardaşı Qutqaşinlı Şeyx Yəhya Əfəndi Dağıstanının rol oynadığ söylənilir.

İ.Qutqaşınlı 1852-ci ildə həyat yoldaşi Tutu xanim Bikə ilə Məkkəyə Həcc ziyarətinə getmiş, qayıdandan sonra Şamaxida və Qutqaşında yaşamışdir. Böyük ədib iki dəfə müqəddəs  Həcc ziyarətində olmuşdur. Bu səyahəti ilə əlaqədar “Səfərnamə” adli yol qeydlərini (1967-ci ildə çap olunub) yazmışdir. Əsər Qutqaşınlının getdiyi yolun coğrafiyasinin öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılmışdır. “Səfərnamə”nin bu nüsxəsi Şix baba pirindən tapılıb, həmin nüsxəni İsmayıl bəyin dostu Hacı Əli Əfəndi üzünü köçürüb, bir çox kitablarin məhv edildiyi dönəmdə, əsərin qorunmasi üçün xalqin inam bəslədiyi pirdə gizlədilib.

İsmayil bəy istefaya çıxdıqdan sonra Azərbaycan xalqının maariflənməsində və oyanmasında fəal rol oynamağa başlamışdır. O, 1849-cu ildə öz vəsaiti hesabına Şamaxı müsəlman məktəbi üçün bina kirayə edib, müəllim və xidmətçilərin maaşlarini ödəyib, istefaya çıxdıqdan sonra həmin məktəbdə rus dili müəllimi kimi fəaliyyət göstərib. İsmayıl bəyin qohumlarından birinin dediyinə görə, Həccdən qayıdarkən o, özü ilə bir qiz və bir oğlan qul alib və onlari Qutqaşında azad edərək, yeni həyat qurmalarina səbəb olub. Digər bir əhvalata görə, İsmayil bəy İstanbulda olarkən, bir alverçidən şabalıdın qiymətini soruşub, lakin alverçi onun görkəminə baxib deyib ki, “bu sənin xörəyin deyil”. Qüruruna toxunduğundan İsmayıl bəy Qutqaşına xəbər yollayıb ki, 40 dəvə yükü şabalıd göndərsinlər. Şabalid gətirilib və İsmayıl bəy onu camaata paylayib. Sultana xəbər çatdığında o bunun səbəbi ilə maraqlanıb, həmin alverçi cəzalandırılıb.

Heç kimin ayağina durmağı sevmədiyindən, həmişə evinə gələnlər onun ayaqüstə olduğunu görərmişlər, daima nökəri Çərkəzə kasiblara taxıl paylamaq göstərişi verərmiş.

 

Xain düşmənlərin qurbani

 

Salman Mümtaz İsmayil bəyin sufi yolçusu deyil, kamil müsəlman olduğunu yazir. İsmayil bəyin Məkkə səfərinin kəşfiyyat xarakterli olduğu barədə də ehtimallar mövcuddur. Onun bu səfər əsnasinda Osmanliya bağli ərazilərdə hərbçilərlə görüşməsi bu fikri qüvvətləndirir. “Yol qeydləri”ndə kimlərlə görüşməsi, hansi əraziləri gəzməsi qeyd olunub. Hətta 1854-cü ilin aprelində Anadolu ordusunun marşali Zərif Mustafa paşa İsmayil bəyə gizli məktub göndərərək ondan Azərbaycan və Dağistanda Rusiya əleyhinə üsyan təşkil etməyi xahiş edib. Lakin bu məktub erməni polkovniki M.T.Loris-Məlikovun casuslarinin əlinə keçib. Buna görə də, 1855-ci ildən etibarən çar hökuməti İsmayil bəyi nəzarətə götürüb.

O, 1869-cu (bəzi mənbələrdə 1861-ci) ildə Ağdaş mahalinda karvansarada yemək yeyərkən həyat yoldaşi ilə birgə zəhərlənərək öldürülmüşdür. Bu xain oyunu ona Rusiyanin əli ilə ermənilər qurmuşdular. İsmayil bəy Qutqaşinlı Tutu xanim Bikə ilə bərabər Qəbələdəki Soltanbaba qəbiristanliğinda dəfn edilmişdir.

Məlum olduğu kimi, Qutqaşinli yaradıcılığının şah əsəri fransız dilində yazılmış “Rəşid bəy və Səadət xanim” əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin məhəbbətindən bəhs edilir. Bundan başqa, bəzi mənbələrə görə Qutqaşinlinin “Tutu” adli əsəri də olmuşdur. Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamişdir. İsmayıl bəy “Miskin” təxəllüsü ilə şeirlər yazib. Onun adinin ilk dəfə çəkildiyi ədəbi qaynaq Hüseyn əfəndi Qaibzadənin “Azərbaycanda məşhur olan şüəaranin əşarina məcmuə”dir. Həmin məcmuədə verilmiş “Mədəd” adli mürəbbedə Qasim bəy Zakir oğlu və qardaşi oğlu ilə bağli bir problemlə bağli İsmayil bəyə müraciət edib.

İsmayil bəy Qutqaşinlinin adinin əbədiləşdirilməsi üçün Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə onun adi verilmişdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldilmiş, ev muzeyi yaradilmişdir. İndi Bakinin Yasamal rayonundaki mərkəzi küçələrindən biri də Qutqaşinlinin adini daşiyir.

 

“Azadliq”in Araşdirmaçi Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 11 iyun.- S.14.