Zakir “ailə məktəbinin məzunları” Poladovlar...

 

Polad ağa Cavanşirin davamçıları

 

Azərbaycanın məşhur soyadlarından olan Poladovlar ədəbiyyat və mədəniyyət tariximizə bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu soyun ulu babası Polad ağa Cavanşirdir. O, Ibrahimxəlil xan Sarıcalı-Cavanşirin sarayında xidmət göstərən şəxslərdən biri olmuşdu. Polad ağa öz adı ilə adlanan obanı idarə edirdi. Bu oba Cavanşir mahalının Xazalan mülkündə yerləşirdi. Polad ağanın nəsil davamçıları Fuladov, Poladov soyadlarını daşıyırdılar. Polad ağanın Tanrıverdi ağa, Həkimxan ağa adlı oğlanları vardı. Tanrıverdi ağa Şuşa şəhərində dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Həllaclıqla məşğul idi. Onun Əli bəy adlı oğlu vardı.

Əli bəy Fuladovÿda həllac olmuşdur. 1927-ci ildə Mehdiqulu xan İrandan vətənə döndükdən sonra Əli bəyin nəcibliyini, halal və sədaqətli bir şəxs olduğunu görüb onu sarayına gətirmiş, bütün təsərrüfat işlərinə nəzarəti ona tapşırmışdı. Zamanla xanın rəğbətini qazanan Əli bəy tezliklə xan ailəsinin doğma üzvünə çevrilmişbu yaxınlığı doğmalaşdırmaq üçün xan onu öz bacısı nəvəsi Nənuş xanımla evləndirmişdir. Nənuş xanım Qasım bəy Zakirın böyük qızı idi. Mehdiqulu xan Əli bəyə qəlbən bağlandığı və inandığı üçün onun ilk övladını oğulluğa götürərək atsının şərəfinə onun adını İbrahim qoymuşdur.

Mehdiqulu xan vəfat etdikdən sonra... onlar Mehdiqulu xana yaxın olan adamlardan, o cümlədən, Əli bəydən, Zakirdən və onlara yaxın olan adamlardan qisas almağa və onları bir-bir ”dənləməyə" başlayırlar... Mehdiqulu xan vəfat etdikdən sonra Əli bəy Fuladov da öz ailəsi ilə Ağdamdan Şuşaya köçür. Şuşa qazisi Mirzə Əbülqasım Cəfərqulu xanla birləşərək Əli bəyin Şuşaya köçməsi ilə yeni bir hiylə düzəldir və dolayı yolla Zakirdən intiqam alırlar". Bunu görkəmli tədqiqatçı alim Kamran Məmmədov öz araşdırmalarında yazıb.

Nəhayət, intiqam hissi onların düşmənlərini birləşdirir və onlar öz istəklərinə nail olurlar. Əli bəyə böhtan atırlar və o, bu böhtana dözməyərək dünyasını dəyişir. Bu hadisələrin canlı şahidi olan və əli heç yerə çatmayan Zakir təskinliyini həcv yazmaqla tapır. O, kürəkəni Əli bəyin başına gətirilən müsibətləri və bu müsibətlərin əsas səbəbkarı olan ayrı-ayrı şəxsləri, ümumiyyətlə, isə cəmiyyətin özünü tənqid edərək yazırdı:

 

Bir içim çay ilə yüz şahidi-bidin tapılır,

Necə kim, Əli bəyin çıxdı göyə əfqani.

Cəfəri-kar ki, eşitməz, çalalar, zurna səsin,

Der imiş mən hamıdan yaxşı eşitdim ani.

...Doğruluq qalmayıb əsla bu fəna aləmdə,

Sərnigun ola, görüm, beylə yaman dövrani.

 

Əli bəy vəfat edəndən sonra dörd səğir uşağı qaldı. Bu balalara Zakirdən başqa, bir münasib pərəstar yox idi. Odur ki, Zakir naçar qalıb qəyyum oldu” (Rzaqulu Cavanşir).

 

Üç şair qardaş

 

Əli bəy Fuladovun uşaqlarını, yəni Qasım bəy Zakirin qız nəvələrini - Ibrahim bəyi, Abdulla bəyi Xudadat bəyi babaları öhdəsinə götürüb, onlara öz doğma balaları kimi baxmağa başladı. Nəvələrinəailə məktəbi”ndə təlim-tərbiyə verdi, savad öyrətdi, şerə, sənətə məhəbbət oyatdı, bir sözlə qayğıkeşliklə böyüdüb ərsəyə çatdırdı. Bu nəticədə hər üç qardaş - Zakirailə məktəbi”ninməzunlarıgələcəyin tanınmış şairləri oldular Qarabağ poeziya məktəbinin layiqli davamçılarına çevrildilər.

Əli bəy Fuladovun oğlu Ibrahim bəy dövrünün tanınmış şairlərindən idi. O, 1836-cı ildəÿ Şuşaÿ şəhərində anadan olmuşdu. Atası erkən vəfat etdiyindən, o, babası ÿQasım bəy Zakirinÿ himayəsində böyümüşdü. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Rus şərq dillərini bilirdi. Qəza idarəsində fəaliyyətə başlamış, II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdı. Ibrahim bəy quberniya katibi dərəcəsi almışdı.

İbrahim bəy Azər təxəllüsü ilə zərif şeirlər yazırdı.

 

Ahu kimi baxanda o məstanə gözlərin,

Baxdıqca əyləyir məni divanə gözlərin.

Fərhad kimi mən kimiyə dağı dəldirir,

Şirin baxışh Xosrov-i xubanə gözlərin.

 

İbrahim bəy Əli bəy oğlu Fuladov 1885-ci ildə vəfat edib.

Əli bəyin ikinci oğlu Abdulla bəy Asi 1841-ci ildə Şuşada anadan olmuşdur. Asi təhsilini Şuşada almışdır. O, ərəb, fars, rus dillərini, həmçinin Əlişir Nəvaini dönə-dönə oxumaqla cığatay dilini gözəl bilmiş, hətta bu dildə bir necə qəzəl yazmışdır. Müasirlərinin dərin hörmət məhəbbətini qazanan Asi Mir Möhsün Nəvvabın təşkil etdiyiMəclisi-fəramuşan”ın üzvlərindən olmuş, Seyid Əzimlə dostluq etmişdir. Onun əsərlərinin çoxu itib-batmış, az bir hissəsi qalmışdır.

Olmuş məqami zülfi-pərişanı könlümün,

Bir dəm kəsilməz ah ilə əfğanı könlümün.

Rəhm eylə, səxt dəymə, səba, tari-muyinə,

Ol picu tabə tabı gorum hanı könlümün.

Motad olub qara gunə zülfündə xoş kecər,

Min zulm yetsə, şami-qəribanı könlümün.

Abdulla bəy Asi qısa ömür sürmüş, 1874-cu ildə vəfal etmişdir.

 

Məclisi-fəramuşan”ın fəallarından biri Xudadat bəy

 

Əli bəyin üçüncü oğlu Xudadat bəy Poladov (1844-1872) da XIX əsrin tanınmış şairlərindən biri olub.

Fuladov familiyası ilə məşhur olan üç şair qardaşdan biri 1844-cü ildə  Şuşada ÿanadan olmuş ailənin sonbeşiyi Xudadat bəy idi.

Dövran elə gətirmişdi ki, bu üç qardaşın uşaqlığı gənclik illəri Qasım bəy Zakirin dolanışığı nisbətən yaxşı olan vaxtlara düşmüşdü. İyirmi evdən ibarət olan Xındırıstan kəndinin gəliri Qasım bəy ailəsini hər cəhətdən dolandırırdı.

Elə şair həyatının son dövrlərində yazdığıQocalıqşerində gün-güzəranının firavan keçdiyini nəvələrindən razı qaldığını bildirirdi:

 

Zakirəm, türfə xiyaban ilə bağım vardır,

Yatmağa, durmağa zəngin otağım vardır,

qədər aşü-plov yesə qonağım, vardır

Yaxşı nəvvadələrim, oğul-uşağım vardır,

Yoxdu bir özgə qəmim, fikri-xəyalım, qocalıq.

 

Xudadat bəy evin son beşiyi olduğu üçün babası daha çox mehrini ona salmışdı. Qasım bəy vəfat edənə qədər nəvəsi onun yanında yaşamış, ev və təsərrüfat işlərində əlindən tutmuş, köməklik göstərmişdi.

O da böyük qardaşları kimi Şuşada fəaliyyət göstərən ədəbi və musiqi məclislərində iştirak edir, Qarabağın tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə oturub-durur, görüb-götürürdü. İlk dəfə qələm tutub, şeir yazmağı babasından öyrənsə də, Şuşa məclislərində iştirakı onu daha da püxtələşdirmiş, əsl şair səviyyəsinə yüksəlmişdi.

Şairmusiqişünas Mir Möhsün Həvvab özünün “Məclisi-fəramuşan” adlı ədəbi dərnəyini təşkil edən vaxtlar artıq Xudadat bəy bir şair kimi tanınmışdı.

Xudadat bəy Fuladovun böyük şair qardaşları ədəbi təxəllüs qəbul etmişdilər, o isə təxəllüs götürməmişdi. Şeirlərinə sadəcə olaraq ad-familiyasını qoyurdu.

Xudadat bəy təkcə Qarabağda yox, ondan kənarda - Gəncədə, Şamaxıda, Ordubadda, Barıda, Lənkəranda da şair kimi tanınır və bir çox şairlərlə dostluq əlaqələri saxlayırdı. Satirik şairimiz Seyid Əzim Şirvani onu şəxsən tanıyır və yaradıcılığını yüksək qiymətləndirirdi.

Xudadat bəy Fuladov da qardaşları kimi çox qısa ömür sürmüş, 28 yaşında vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 27 may.- S.14.