O illər Şuşada teatr yaradanlar...

 

Mirzə Muxtar Məmmədov

 

Məlum olduğu kimi, qədim tarixə malik Azərbaycan teatrının formalaşmasında ölkənin ayrı-ayrı şəhərlərində fəaliyyət göstərən həvəskar truppaların mühüm rolu olmuşdur. Əvvəlki yazılarımızda bu barədə dəfələrlə söz açmışıq. Bu dəfəki yazımızda XIX əsrdə Şuşada yaranan teatr truppalarının yaranmasında xüsusi xidmətləri olan, amma adları az xatırlanan bir neçə ziyalı haqqında danışacağıq.

 

Bəhs etdiyimiz dövrdə Qafqazda əsas teatr ocağı Tiflis sayılırdı. Elə ilk teatrda 1845-ci ildə bu şəhərdə tamaşaya qoyulmuşdu. Həmin illərdə Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət mədəni əlaqələr var idi. Bunun təsiri olaraq, 1848-ci ildə Şuşada ilk tamaşa səhnələşdirildi. Bundan sonra görkəmli Azərbaycan yazıçısı M. F. Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər Tiflisdə, Bakıda Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə isə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar Məmmədov tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər.

Mirzə Muxtar Mirzə Ələsgər oğlu 1852-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında aldıqdan sonra, təhsilini mədrəsədə davam etdirmişdi. On bir yaşında türk-rus (rus-tatar) məktəbində oxuyan Mirzə Muxtar fars rus dillərini mükəmməl öyrənmişdi. İyirmi yaşından Şuşada müəllimlik etməyə başlayan ziyalının tamaşa hazırlamaq ideyası da bu dövrdə yaranmışdı. Onun 1870-ci ildə Novruz bayramı münasibətilə hazırladığı “Qaravəlli” tamaşası camaatın o qədər xoşuna gəlmişdi ki, sonradan bu tamaşalar bir bayram ənənəsinə çevrilmişdi. Bayramlarda nümayiş etdirilən bu məsxərəli məzhəkəli tamaşalara baxmağa bütün şəhər əhalisi toplanırdı.

 

Şuşadan Bakının teatr səhnələrinə

 

Mirzə Muxtar Məmmədovun aktyorluğunun ilkin mərhələsi də1873-1883-cü illərə təsadüf edir ki, bu da onun yaradıcılığında Şuşa dövrü sayılır. Beləliklə, bir müddət Tiflisdə Gəncədə işləyən Mirzə Muxtar 1899-cu ildə Bakıya köçür. Şəhər məktəblərinin birinə müəllimliyə başladıqdan sonra o, şəhərin teatr həvəskarları ilə tanış olur. Tezliklə teatr tamaşalarının hazırlanmasında fəallıq göstərən ziyalı kimi tanınır. Müxtəlif illərdə birinci ikinci “Müsəlman dram artistləri cəmiyyəti”nin, “Həmiyyət”, “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, “Zülfüqar bəy   Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”, Abbasmirzə Şərifzadənin rəhbərlik etdiyi “Müsəlman artistləri ittifaqı”nın dəstələrində aktyorluq edib.

Hələ uzun illər əvvəl Əbdürrəhim bəy Haqverdiyev    Üzeyir bəy Hacıbəyov onu aktyor xanəndə kimi Şuşadan tanıyırdılar. Buna görə , “Nicat” teatr dəstəsinin Hüseynqulu Sarabskinin “Müsəlman opera truppası”nın hazırladıqları opera tamaşalarında şirin məlahətli səsi olan Mirzə Muxtar yaxından iştirak edib. O, eyni zamanda Üzeyir Hacıbəyun ilk milli operamız olan “Leyli Məcnun” əsərinin hazırlanıb səhnəyə çıxarılmasında da yaxından iştirak edib. Mirzə Muxtar 1908-ci il yanvarın 12-də göstərilən ilk tamaşada Əbül Qeys (Qeysin atası) rolunu oynayıb. Bundan başqa o, Üzeyir bəyin “Şah Abbas Xurşid Banu” operasının ilk tamaşasında (10 mart 1912)  Vəzir rolunda çıxış edib. Erməni daşnakları 1918-ci ilin  martında  Bakıda  vəhşilklə kütləvi qırğınlar törədəndə, şəhəri oda qalayanda 77 yaşlı qocaman teatr xadiminin evi dağılıb, olan-qalan varidatı əlindən çıxıb. O, çox acınacaqlı duruma düşüb “Bəsirət” qəzeti 17 noyabr  1918-ci il tarixli sayında bu barədə məqalə dərc etdirib. Bu durumda Üzeyir bəyin təşəbbüsü ilə ziyalılar ona yardım göstəriblər.

Aktyorun Bakı dövründə  oynadığı əsas qadın kişi rolları bunlardır: Yetər, Hürü BədricahanHacı Qəmbər”, “Müsibəti - Fəxrəddin” “Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Pərizad Cəfər xanDilin bəlası” “Nadir şah”, Nəriman Nərimanov), Səfər bəyHacı Qara”, Mirzə Fətəli Axundzadə), Şeyx ƏhmədÖlülər”, Cəlil Məmmədquluzadə), Mirzə BayramDağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev), Molla SübhanƏdirnə fəthi”, Cəfər Cabbarlı), Əhməd Rza (“Sultan Əbdülhəmidin xəli”, Mehdi bəy Hacınski), Şiruyə Baş möbidDəmirçi Gavə”, Şəmsəddin Sami), Ibrahim (“Qəzavat”, S. Lanskoy).

Mirzə Muxtar Məmmədov təxminən  1929-cu ildə  Bakıda  vəfat edib. Bəzi mənbələr onun 1930-cu ildə, bir qisım isə 1931-ci ildə dünyasını dəyişdiyini göstərib.

 

Şuşa teatrının ziyalı truppası

 

Şuşada teatr tamaşalarının göstərilməsində xidmətləri olan şəxslər sırasında Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov (1858-1938) da var. 

Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu  1858-ci ildə  Şuşa şəhərində anadan olmuşdu. Şuşa şəhər məktəbini bitirmiş Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında oxumuşdu. O, seminariyanı tamamladıqdan sonra Şuşa qəzasının  Gülablı    Ağdam  Zemstvo məktəbində müəllim işləmişdi. Zəkəriyyə bəy sonradan Bakı şəhərinə köçmüş, 1912-1915-ci illərdə 4-cü rus-müsəlman məktəbində dərs demişdi. Bir ziyalı kimi böyük nüfuza malik olan Zəkəriyyə bəy 1906-1907-ci illərdə çağrılan Qafqaz müəllımləri qurultayında iştirak etmişdi.

O həm dədövrünün xeyriyyəçilərindən biri kimi tanınmışdı. Maarifçi-demokratik səciyyəli “Dəbistan” jurnalı maddi çətinliklə üzləşəndə nəşrin işini davam etdirməsi üçün ona yardım göstərənlər arasında Z. Aslanov da vardı.

Bundan başqa, Zəkəriyyə bəy həvəskar aktyor idi. O, müəllim işlədiyi dönəmdə Azərbaycan teatr sənətinin təbliğatçılarından birinə çevrilmişdi. Teatr həvəskarı Ağdam Zemstvo məktəbində çalışarkən müəllim yoldaşları ilə Şuşa şəhər məktəbinin kasıb şagirdlərinin xeyrinə təşkil etdikləri tamaşalardan 152 manat 40 qəpik pul əldə etmişdilər.

O, “Dağılan tifaq”, “Nadanlıq”, Nadir şah", “Müsibəti Fəxrəddin”, “Gavə” pyeslərinin tamaşaya qoyulmasında mühüm rol oynamışdı. Bu dövrdə bir sıra obyektiv səbəblər teatrların formalaşmasına mane olurdusa da, Z. Aslanovun onun həvəskar dostlarının Azərbaycan teatrını inkişaf etdirmək səyini qıra bilmirdi. Zəkəriyyə bəy Aslanov Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov,  Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Mirzə Muxtar Məmmədov,  Əbdüləli bəy Vəlibəyov, Həbib bəy Mahmudbəyov,  Sultan Məcid Qənizadə, Əbdürrəhim Rzayev, Mirzə Ələkbər Axundov, Zərgər Aslan, Muxtar Hüseynov, Nəcəfqulu bəy Vəliyev,  Əbülfət Vəli,  Bədəl bəy Bədəlbəyli,  Dərya bəy Aslanov,  Rəsul bəy Tahirov başqaları o dövrdə Azərbaycan teatrında həvəskar aktyor kimi müxtəlif rollarda çıxış edən ziyalılar idi. N. Nərimanov Z. Aslanovun aktyorluq qabiliyyətinə yüksək qiymət vermişdi. O, Səfərəli bəy Vəlibəyovla dostluq edirdi.

Şuşa ədəbi mühitində yetişən sonradan peşəkar teatrımızın inkişafına töhfələr verən ziyalılar arasında Rəsul bəy Tahirov da var.

Rəsul bəy Kərbəlayı Qəhrəman bəy oğlu  1871-ci ildə Cavanşir qəzasının  Qapanlı  kəndində anadan olmuşdu. İbtidai təhsilini əmisindən alan Rəsul bəy Şuşa real məktəbində oxumuşdu. Sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olan gənc seminariyanı tamamladıqdan sonra Ləmbəran kənd məktəbinin müdiri olmuşdu.

Sonralar Rəsul bəy Tahirov Bakı şəhərinə köçmüş, burada öncə müəllim, sonra məktəb müdiri işləmişdi. R.Tahirov həvəskar aktyor idi. O, müəllim işlədiyi dönəmdə Azərbaycan dramaturgiyasının alovlu təbliğatçılarından birinə çevrilmiş, özü bir çox rollarda oynamışdı. Tahirov bədii yaradıcılıqla, tərcüməçiliklə məşğul olmuşdu. O, L.N.Tolstoyun "Allah haqqı görər, amma aşikar etməz", “Qafqaz əsiri” əsərlərini tərcümə edib “Səda” mətbəəsində çap etdirmişdi.

Yuxarıda qeyd etdiyimiz kimi, belə bir mühitdə yaranan həvəskar teatr truppaları sonradan peşəkar Azərbayacan teatrının formalaşmasına təkan verdi ki, bu işdə adları çəkilən sənət fədailərinin misilsiz xidmətləri unudulmamalıdır. 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 7 oktyabr.- S.14.