Azərbaycanın görkəmli maarifçilər nəsli

 

Qiymətli dərsliklərin müəllifi

 

Azərbaycanda XX əsrin məşhur maarifçilər nəslinin səyləri sayəsində gələcəyə böyük bir yol açıldı. Bu yol ölkədə elm, sənət və mədəniyyətin inkişafına təkan verməklə, həm milli, həm də dünyəvi dəyərlərin önəmini dərindən anlayan təhsilli şəxslərin yetişməsinə imkan yaratdı.

 

Bu dövrdə ölkədə maarifçilik ideyalarının yayılmasında xüsusi xidmətləri olan şəxslər sırasında Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə (1884-1943) də var idi.

Qafur Rəşad Ələkbər oğlu 1884-cü ildə indiki İsmayıllı rayonunda anadan olmuşdu. Həyatını müəllimlik peşəsinə həsr etmişdi. Qafur Rəşadın ən mühüm xidmətlərindən biri milli məktəblərin dərsliklərlə təmin olunması sahəsindəki dəyərli fəaliyyətdir. İlk coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşad “Qafqaz coğrafiyası” (1910), “İbtidai coğrafiya” (1922), “ümumi coğrafiya” (1923), “Coğrafiya terminləri lüğəti” (1923), “SSRİ-nin iqtisadi coğrafiyası” (1941), “Xəritə üzərində əməli ” (1943) və başqa 18 dərslik və vəsait yazıb nəşr etdirmişdi. Onun hazırladığı “Rəhbəri-sərf” (Məmmədsadıq Axundovla birgə,1910), “Rəhbəri-hesab” (Əbdürrəhman Əfəndizadə ilə birgə, 1910) dərslikləri uzun illər məktəblərdə tədris olunmuşdu. Eyni zamanda, Qafur Rəşadın milli uşaq ədəbiyyatının inkişafında da böyük xidmətləri var. O, həmçinin Azərbaycanda “Məktəb” adlı sayca ikinci uşaq jurnalının (1911-1920) və uşaqlara məxsus ədəbiyyat nəşr edən eyniadlı birinci mətbəənin təsisçisidir (Əbdürrəhman Tofiq Əfəndizadə ilə birgə). Cümhuriyyət dövründə nəşr olunmuş “Məktəb” jurnalı uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynamışdır. O, pedaqoq-yazıçıları jurnalın ətrafına toplamış, orijinal şeir və hekayələrdən, müxtəlif dillərdən edilən tərcümələrdən, elmi-kütləvi məqalələrdən ibarət zəngin uşaq ədəbiyyatı xəzinəsi yaratmış, yeni yazıçı nəslinin yetişməsi işində böyük xidmət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bir sıra yeni dərsliklər də hazırlandı ki, bu işdə görkəmli maarifçilərdən Səməd bəy Acalov, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Camo bəy Cəbrayılbəyli, Ağa bəy İsrafilbəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Abdulla bəy Əfəndizadə, Qafur Rəşad Mirzəzadə, Axund Yusif Talıbzadə, Firidun bəy Köçərliÿvə başqalarının xidmətləri vardı. Q. Rəşad Mirzəzadə həm də naşir idi. O, Mirzə Abbas Abbaszadəÿilə dostluq edir, bütün işlərində ona dəstək verirdi.

Bu dövrdə M.A.Abbaszadə də böyük ruh yüksəkliyi ilə qadınların savadlanmasında, yeni dərs kitablarının tərtib edilməsində, kasıb, yetim, kimsəsiz uşaqları milli dövlət məktəblərinə, eləcə də özünün xüsusi məktəbinə cəlb etməklə, qəzetlərə məqalələr yazmaqla məşğul olurdu. O, dərs dediyi qızların qiraət kitablarına tələbatını ödəmək, eləcə də Azərbaycan qadınlarını gerilikdən, mənəvi kasıblıqdan qurtarmaq üçün ilk dəfə 1914-cü ildə “Arvad ağısı” kitabını nəşr etdirmişdi. Bu kitab 1918-ci ildə yenidən nəşrə verilmişdi. Əlavələrlə 32 səhifədən ibarət bu kitab Qafur Rəşad Mirzəzadənin naşirliyi ilə Bakıda “Məktəb” jurnalının elektrik mətbəəsində çapdan çıxmışdı.

Q.Rəşad həm jurnalist idi. Pedaqoji fikir tariximizdə maarif xadimi müəllim kimi tanınan S.Sani, eləcə Məktəb”in redaktor naşirləri Qafur Rəşad Mirzəzadə Əbdürrəhman Əfəndizadə yaxşı bilirdilər ki, başqa realist əsərlərdə olduğu kimi, “hər bir nağılda həqiqət ünsürləri vardır”. Onlara öz pedaqoji təcrübələrindən məlum idi ki, nağıllar nağıl səpkisində yazılmış rəngarəng hekayələr uşaqların dünyagörüşlərinin genişlənməsində, əxlaqi mənəvi inkişafında mühüm rol oynayır.

 

Məktəb dərslik yaradan fədakarlar

 

Bu dövrün tanınmış maarifçiləri arasında nüfuz sahibi olan şəxslərdən bir Ağa bəy İsrafilbəyov idi. O, bu illər böyük ehtiyac duyulan hesab dərsliyinin müəllifi, şair kimi tanınmışdı. Azərbaycan hökumətinin qərarı iləÿ1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda Azərbaycan müəllimlərinin qurultayı çağırılır. Məqsəd məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etməkdən ibarət idi. Qurultayın keçirilməsi xərcləri üçün Azərbaycan hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirliyinin sərəncamına 35.600 manat məbləğində vəsait ayrılır. Azərbaycan müəllimlərinin 1906-cı (avqust) 1907-ci (avqust) illərdə keçirilmiş birinci ikinci qurultaylarından sonra sayca üçüncüsü olan həmin qurultay 1919-cu il avqustun 20-də saat 11-də Bakı I realnı məktəbinin (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) akt zalında öz işinə başlayır nəzərdə tutulan müddətdə öz işini başa çatdırır. Qurultayda Azərbaycanın bütün bölgələrini tədris müəssisələrini təmsil edən nümayəndələr iştirak edirdilər. Qurultayı Azərbaycan Türk Müəllimləri İttifaqının sədri Ağa bəy İsrafilbəyov açmış, qurultayda Xalq Maarif Nazirliyi adından nazir müavini Həmid bəy Şahtaxtinski  böyük nitq söyləmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, pedaqoq Abdulla İsmayıl oğlu Əfəndizadə (1873-1928) isə həmin dövrdə Şəkidə ilk oğlan qız məktəblərinin, həmçinin gimnaziyanın banisi kimi tanınırdı.

Rəşid bəy Əfəndiyevinÿ qardaşı Abdulla bəy Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan olmuşdu. Şəki şəhər məktəbini, sonra Gəncə Mixaylov Sənət məktəbini bitirmişdi. Şəkidə müəllim işləmişdi. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş 1899-cu ildə institutunu başa vurmuşdu. A.Əfəndizadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilmişdi.

Parlamentdə onun latın əlifbasına keçmək layihəsi bəyənilmişdi. O, Azərbaycan Pedaqoji İnstitutunda məntiq fənnini tədris edirdi. Abdulla bəy uşaqlar üçün şeirlər, hekayələr yazırdı. OnunYa ölüm, ya Türkiyəmənzuməsi məşhur idi. Abdulla bəy Əfəndizadə 1928-ci ildə Bakı şəhərində vəfat edib.

 

İlk teatr tənqidçilərindən biri

 

Tanınmış teatr tənqidçisi, jurnalist Axundov Məmmədsadıq Molla Ruhulla oğlu da bu illərin görkəmli ziyalılarından sayılırdı. Onun dahi bəstəkarımız Üzeyir Hacıbəyovla yaxın dostluq əlaqələri vardı. Bu dostluq onunLeyli Məcnunoperasının ilk tamaşasına dair dərc etdirdiyi rəylə başlanmışdı. Həmin rəydən sonra Axundov bəstəkarın “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Şah AbbasXurşid Banu” əsərləri, hətta onların təkrar tamaşaları haqqında müntəzəm olaraq yazılarla çıxış etdiyindən, müasirləri onu “Hacıbəyovun xeyirxahı” adlandırırdılar. Amma o, bunu yalnız ədalətli şəkildə edirheç bir şişirtməyə yol vermirdi. Bununla belə, Axundov “Ər və arvadmusiqili komediyasına verilən səhnə quruluşunu kəskin tənqid etmişdi. Hacıbəyovun sağlığında onun haqqında dərc olunmuş bioqrafiya səciyyəli ilk yazı, habelə, “Şeyx Sənan” operasının musiqi parçalarından “Ər və arvadmusiqili komediyasında istifadə edildiyinə dair ilk məlumat da Axundova məxsusdur. Axundov həqiqətən çox sevdiyi, yaradıcılığına böyük vurğunluqla valeh olduğu bəstəkarı rus oxucularına “müsəlman aləmində operanın pionerikimi təqdim etmişdi. O, H. Şərifovun “Mehrimah” operasını “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas...” əsərlərindən “qəsb və tərtib” edilən oğurluq adlandırmışdı.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 9 oktyabr.- S.14.