AXC hökumətinin generalı

 

Uzaq ellərdə tanınan alim Sadıq bəy Ağabəyzadə

 

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simaları arasında bir çox elm adamları var ki, onlar yaşadıqları dövrün şərtləri ilə bağlı ya elmi fəaliyyətlərini ardıcıl davam etdirə bilməmiş, ya da başladıqları işlər obyektiv səbəblərdən yarımçıq qalmışdır. Belə şəxsiyyətlərdən biri AXC hakimiyyəti dövründə Azərbaycanın 21 döyüş generalından biri olan Sadıq bəy Ağabəyzadədir.

General-mayor rütbəsində olan Sadıq bəy Azərbaycan Xalq Cümhuriyyəti Daxili işlər nazirinin müavini olmuşdur. O, bu vəzifəyə ölkədə çox mühüm əhəmiyyətli hadisələr baş verdiyi bir zamanda, 1918-ci ilin 23 oktyabrında təyin edilmiş, tutduğu vəzifədə 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərmişdir. Təyin olunduğu vəzifədə o, bir çox tarixi hadisələrin şahidi olmuş, bu hadisələrdə xüsusi rol oynamışdır. Həmin dövrdə Sadıq bəy Ağabəyzadə tərəfindən polis işçi rütbələrinin təsnifat sistemi işlənib hazırlanmışdır. Bəhs edilən 1919-cu ildə Azərbaycanda polis işçilərinin ümumi sayı 9661 nəfərə çatmışdı ki, onların 498-i 1-ci rütbəli şəhər polisi, 5089-u 2-ci rütbəli şəhər polisi, 242-si 1-ci rütbəli post polisi, 243-ü isə 2-ci rütbəli post polisi idi.

Azərbaycan televiziyasının 1999-cu ildə tarixi şəxsiyyət haqqında çəkdiyiÇinarlı şəhərin generallarıfilmində onun həyat yolu fəaliyyəti ilə bağlı çox maraqlı faktlar əks olunur.

1919-cu il oktyabrın əvvəlində, hökumətin tapşırığı ilə Sadıq bəyə Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi general Ceyms Xarbortu qarşılamaq həvalə olunmuşdur. Sadıq bəy oktyabrın 4-dən 10-na kimi prezident nümayəndəsini müşayiət etmiş onu mühafizəçi ilə təmin etmişdir. Bakıya gələrkən general Xarbort məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin evində qonaq olmuşdur. Şahidlərin söylədiyinə görə, general Xarbortun gəlişinə həsr olunmuş ziyafətlərin birində, o, müəyyən səbəblərdən ziyafətdə iştirak etməyən Sadıq bəyin sağlığına xüsusi tost demişdir. Rəsmi qonaq öz tostunda qeyd etmişdir ki, Sadıq bəy yüksək intellektual imkanlara malik olan bir insandır o, hərbçilər arasında belə yüksək təhsilli maraqlı insana rast gəlməmişdir.

Amerikalı qonağın sözlərində böyük həqiqət var idi. Sadıq bəy Sankt-Peterburq şəhərində hərbi məktəb oxumaqla bərabər, Şərq dilləri institutunu da bitirmişdi. O, yüksək elmi bilikləri, böyük dünyagörüşü intellekti olan bir şəxs idi ki, bu cəhətləri onu hər zaman fərqləndirirdi. Ağabəyzadənin adı illər sonra Lvov universitetində türk dili, fars, ərəb dilləri, ərəb qrammatikası, islamşünaslıq fənləri tədris edən, polyak dilində türk dili dərsliyi, elementar ərəb dili qrammatikası (fonetika morfologiya) kitabı nəşr etdirən bir alim kimi anılacaqdı.

 

Türkmən Ləhcəsiüçün Buxara əmirinin mükafatı

 

Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya göz açmışdır. O, 1883-cü ildə Bakı Real məktəbini bitirmiş, məktəbi bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olmuşdur. Hərbi fəaliyyətə 1886-cı ildə başlayan gənc azərbaycanlı Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlamışdır. Amma elmə böyük marağı olan Sadıq bəy 10 il sonra, 1896-cı ildə uğurla imtahan verərək, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olmuşdur. Bu institutu da bitirdikdən sonra, o, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilmişdir. Amma 1913-cü ildə Sadıq bəy xəstəliyinə görə general-mayor rütbəsində istefaya çıxmış elmi fəaliyyətlə məşğul olmağa başlamışdır.

Əslində, Ağabəyzadə Türkmənistanda hərbi xidmət keçdiyi müddət ərzində, şərqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının əfsanələrinin toplanması ilə məşğul olmuşdur. O, böyük əmək nəticəsindəTürkmən Ləhcəsidərsliyini nəşr etdirmişdir. Bu xidmətinə görə Buxara əmiri onu xüsusi fərmanla mükafatlandırmışdır. Səhhəti ilə əlaqədar təqaüdə çıxdıqdan sonra isə Sadıq bəy əmin idi ki, hərbi karyerası başa çatdıqdan sonra ömrünün qalan hissəsini öz doğma şəhəri Göyçayda keçirə biləcək. Amma çox insanlar kimi, I Dünya Müharibəsi onun da həyatını dəyişir. Hərbçi andına sadiq qalan general könüllü olaraq müharibəyə yollanır. O, əvvəl Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə iştirak edir. Nəhayət, 1916-cı ildə Sadıq bəy istədiyi kimi, öz vətəninə qayıdır Göyçay şəhərində valideynlərinin yanında yaşamağa başlayır.

 

Qürbətdən qürbətə uzanan yol...

 

Vikipedia”nın yazdığına görə, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Sadıq bəy ailəsi ilə birlikdə Türkiyəyə mühacirət etmiş ailəsi ilə birlikdə İstanbulda yaşamışdır. Daha sonra o, Parisə köçmüş iki il Sorbonda fars türk dillərindən dərs demişdir.

Amma Parisdə yaşadığı müddətdə şərqşünas alim taleyin ağır zərbəsinə məruz qalmışdır. Onun sevimli həyat yoldaşı Gülya dünyasını dəyişmişdir. O, Parisin müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Həyat yoldaşının vəfatından sarsılan alim Parisi tərk etmək qərarına gəlmişdir. Beləliklə o, 1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçmüşdür. Alim bura köçdükdən sonra Lvov universitetinin fəlsəfə fakültəsində işləmiş, az sonra Lvov Ali ticarət məktəbində türk, fars ərəb dillərini tədris etmiş, eyni zamanda polyak Ukrayna dillərini öyrənmişdir. Bu dövrdə Sadıq bəy Ağabəyzadə Ziqmunt Smoqojevski V.Kotviçlə birlikdə şərqşünaslıq məktəbinin özəyini təşkil etmişlər. Həmin məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılmışdır. Bu illər o, Lvov universitetində bir sıra fənləri, o cümlədən türk dili (müasir əski), fars, ərəb dilləri, ərəb qrammatikası, islamşünaslıq fənlərini tədris etmişdir.

Ağabəyzadə 1931-ci ildə polyak dilində özünün türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qrammatikasını (fonetika morfologiya), (Ovqusta PeryeninYeni ədəb dili qrammatikasıikinci nəşr əsasında yazılmış) nəşr etdirmişdir. Sadıq bəy eyni zamanda Lvov şəhərində bir çox tələbələr yetişdirmişdir. Onlara Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski, Frantişek Maxalski başqalarının adlarını misal göstərmək olar.

İkinci Dünya müharibəsi zamanı faşistlər işğaldan sonra qocaman alimi öz mənzilindən çıxarmışlar. Alim soyuq şəraitsiz bir yerdə yaşamaq məcburiyyətində qalmışdır. Azərbaycanlı alim ilk demokratik cümhuriyyətin generalı Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnmiş, 9 oktyabr 1944-cü ildə Lvov şəhəri azad olunduqdan sonra vəfat etmişdir. Alimi son günlərində kimsəsiz buraxmayan tələbəsi Olqa Bak ailəsi ondan öz qayğılarını əsirgəməmişlər.

Ağabəyzadə Lvovda, Liçakovski qəbiristanlığında dəfn edilmişdir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 31 yanvar.- S.14.