Şirvan şəhərində Heydər Əliyev Mərkəzi açılmışdır

 

 Prezident İlham Əliyev aprelin 1-də Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi, mərkəzlə tanış oldu. Məlumat verildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında dövlət başçısının sərəncamına əsasən yaradılan mərkəz Şirvan memarlıq məktəbinin ənənələrinə müasir memarlıq üslubuna uyğun inşa edilmişdir. Mərkəzin ətrafı abadlaşdırılmış, burada dekorativ ağac gül kolları əkilmiş, çəmənliklər salınmış, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

Səkkizguşə formasında olan binada əsas ekspozisiyaların yerləşdirilməsi üçün 5 guşə zal vardır. Burada ümummilli liderin həyat fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar eksponatlar nümayiş etdirilir. Zalda ulu öndər Heydər Əliyevin əzəmətli büstü miniatür heykəllər qoyulmuşdur. Burada konfrans zalı, kitabxana, kompüter otağı vardır, "Gənc Heydərçilər" dərnəyi fəaliyyət göstərir. Mərkəzdə ulu öndərin Şirvan şəhərinə səfərləri bu şəhərin inkişafı ilə bağlı gördüyü böyük işləri əks etdirən fotolar müxtəlif sənədlər maraq doğurur.

Mərkəzlə tanış olan Prezident İlham Əliyev Xatirə kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  1.