Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri

 

Tallinndə rəsmi qarşılanma mərasimi

 

Aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə, Kadriorqdakı Prezident sarayında rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın Estoniyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya Prezidenti Toomas Hendrik İlves xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi xanımı Mehriban Əliyevanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın Estoniyanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Estoniyanın dövlət hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın nümayəndə heyətinin üzvləri isə Estoniya Prezidenti Toomas Hendrik İlvesə təqdim olundu.

Prezidentlər xanımları rəsmi foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Estoniya Prezidenti sarayının Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Sonra hədiyyələr təqdim edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  8 aprel.- S.  1.