Çin nümayəndə heyəti ümummilli liderin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Çin-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərindən ibarət nümayəndə heyəti aprelin 15-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür. Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə "Əbədi məşəl" abidəsi önünə gül dəstələri qoymuşlar.

Nümayəndə heyəti Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

 

 

Azərbaycan.- 2010.- 16  aprel.- S.  2.