Rusiya nümayəndə heyəti ümummilli liderin məzarını ziyarət etmişdir

 

Bakıda keçirilən "Rusiya Azərbaycan: regionlararası əməkdaşlığı genişləndirmək yolu ilə strateji tərəfdaşlığı möhkəmləndirməyə doğru" mövzusunda "dəyirmi masa"da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyəti aprelin 15-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər çiçəklər düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  16 aprel.- S.  2.