Ümummilli liderin məzarını və Şəhidlər xiyabanını ziyarət

 

Azərbaycanda səfərdə olan Küveyt dövlətinin Milli Məclisinin qadın deputatlarından ibarət nümayəndə heyəti aprelin 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

Azərbaycan.- 2010.-  20 aprel.- S.  2.