Prezidentin fəxri diplomu tanınmış şahmatçıya təqdim olunmuşdur

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq hakim Faiq Həsənov şahmatın inkişafında xidmətlərinə görə "Prezidentin fəxri diplomu" ilə təltif edilmişdir. Şahmat Federasiyasında keçirilən mərasimdə fəxri diplomu Faiq Həsənova gənclər idman naziri Azad Rəhimov Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov təqdim etmişlər.

 

 

       Azərbaycan.- 2010.- 20 aprel.- S.  8.