Biz Azərbaycanda yüksək inkişafın şahidi olduq

 

"Biz Azərbaycanda yüksək inkişafın şahidi olduq. Ölkəniz çox sürətlə inkişaf edir."

Bu fikirləri Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edən Rusiya buddistləri ənənəvi sanqhisi sədrinin müavini Andrey Dondukbayev jurnalistlərə açıqlamasında demişdir.

A.Dondukbayev qeyd etmişdir ki, bugünkü tədbir çox yüksək səviyyədə təşkil edilmişdir. Burada yaradılan hərtərəfli şərait bizə daha səmərəli danışıqlar aparmağa imkan verir. Azərbaycan sülhsevər bir ölkədir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  27 aprel.- S.  7.