Şahbəyli kəndində tibb məntəqəsi üçün yeni bina istifadəyə verilmişdir

 

Yaponiya hökumətinin "Ot kökləri insan təhlükəsizliyi" qrant layihəsi çərçivəsində Kürdəmir rayonunun Şahbəyli kəndində tibb məntəqəsi üçün yeni binanın açılış mərasimi keçirilmişdir.

Smeta dəyəri 84 min 475 ABŞ dolları olan tibb ocağı tenderdə qalib gəlmiş "SULH" qeyri-hökumət humanitar təşkilatı tərəfindən inşa olunmuşdur. Dörd otaqdan, habelə qeydiyyat otağından ibarət olan birmərtəbəli bina 5 aya inşa olunmuşdur. Tibb məntəqəsinin xidmətindən həm Şahbəyli kəndinə yaxın olan eyni ərazi vahidliyində yerləşən Bala Kəngərli, Ucarlı Cəyli kəndlərinin sakinləri istifadə edəcəklər.

Kənd sakinlərinin qatıldığı açılış mərasimində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov çıxış edərək son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan danışan icra başçısı dövlətimizin başçısının uğurlu xarici siyasəti nəticəsində Yaponiya ilə qurulmuş xoş münasibətlərdən bəhs etmişdir.

Yaponiyanın ölkəmizdəki səfirinin müşaviri Toşikazu Muto mərasimdə çıxış edərək ölkələrimiz arasında dostluq münasibətlərindən, Azərbaycanda səhiyyə təhsil sahələrində reallaşdırılan qrant layihələrdən bəhs etmiş, yeni tibb ocağının kəndlərdə səhiyyənin daha yaxşı təşkilinə şərait yaradacağını bildirmişdir.

Respublika Səhiyyə Nazirliyinin baş məsləhətçisi Dadaş Hümbətov ölkəmizdə tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışmış qeyd etmişdir ki, təkcə son bir ildə dövlət vəsaiti hesabına 63 tibb müəssisəsi tikilib istifadəyə verilmişdir.

Kənd ağsaqqalı Hökumət Əzizov, yerli bələdiyyənin üzvü Ayət Nəsirov başqaları çıxış edərək Yaponiya hökumətinə inşaatçılara təşəkkürlərini bildirmişlər.

Sonra rəmzi açılışı bildirən lent kəsilmiş, qonaqlar yeni bina yaradılmış şəraitlə tanış olmuşlar.

Tədbirdə Prezident Administrasiyasının Regional idarəetmə yerli özünüidarəetmə orqanları ilə şöbəsinin məsul işçisi Rəhim Məmmədov, Yaponiyanın Azərbaycandakı səfirinin köməkçisi Yosiko Ozava iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.-  28 aprel.- S.  5.