Biləsuvarda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Biləsuvar rayonuna gəlmişdir.

Cari ilin birinci rübündə rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas iqtisadi göstəricilərdən tutmuş, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, tikinti, ticarət xidmət sahələrində müsbət irəliləyişlər qeydə alınmışdır. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 3 milyon manat ya 101 faiz yerinə yetirilmiş, əhalinin gəlirləri 19,4 milyon manat olmuşdur. Gəlirlərin adambaşına düşən məbləği 217,2 manat, orta aylıq əməkhaqqı isə 169 manat təşkil etmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Cari ilin ilk rübündə ümumi məhsul buraxılışının həcmi artaraq 13,2 milyon manata çatmışdır. Bu dövrdə rayonda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,7 faiz artaraq 21 milyon manat olmuşdur.

Son illərdə isə ümumi məhsul buraxılışının həcmi 2,5 dəfə artaraq 101 milyon 200 min manata çatmışdır. Artım kənd təsərrüfatı, sənaye məhsulları istehsalı sahələrində, habelə əsas kapitala yönəldilən investisiyalarda qeydə alınmışdır. Rayonda sahibkarlığın inkişafı diqqətdə saxlanılır. İş adamlarına yaradılan şərait yeni müəssisələrin açılmasına imkan vermişdir. Son illərdə rayonda 16921 yeni yeri açılmışdır ki, onlardan da 12237-si daimidir.

Prezident İlham Əliyev əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Biləsuvar rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  3.