Qəbələ Beynəlxalq festivalı çərçivəsində Paris İzai kvartetinin kamera  musiqisi konserti olmuşdur

 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ İkinci Beynəlxalq musiqi festivalı çərçivəsində Fransanın məşhur Paris İzai Kvartetinin kamera musiqisi konserti olmuşdur.

Solistləri dünya şöhrətli dirijor və violonçel ifaçısı Dmitri Yablonski və tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli olan konsertdə klassik musiqi ifaçıları məşhur bəstəkar Frans Şubert və İoqannes Bramsın ölməz əsərlərini səsləndirmişlər.

Çıxışlar musiqi həvəskarları tərəfindən maraqla qarşılanmışdır.

Avqustun 1-də isə Qəbələ İkinci Beynəlxalq musiqi festivalı çərçivəsində London Kral Filarmonik Orkestrinin konserti olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  1 avqust.- S.  2.