Həştərxan vilayətinin nümayəndə heyəti Heydər Əliyev Fondu ilə tanış olmuşdur

 

Azərbaycanda səfərdə olan Rusiyanın Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupovanın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 3-də Heydər Əliyev Fondu ilə tanış olmuşdur.

Qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolareksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

Ulu öndərin şəxsi arxivindən götürülmüşonun uşaqlıq, gənclik, tələbəlik illərini, dövlətçilik fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.

Ortaali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestatdiplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamələr, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş yadigar fotolar, otağındakı əşyalar qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Fondla tanışlıqdan sonra Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupova xatirə kitabına ürək sözlərini yazmışdır. Qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 avqust.- S. 2.