Həştərxan vilayəti nümayəndə heyətinin Azərbaycanın milli icmalarının fəalları ilə görüşü olmuşdur

 

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Həştərxan vilayəti nümayəndə heyətinin üzvləri - Xaricdəki Həmvətənlərlə Əlaqələr Təşkilatının Əlaqələndirmə Şurasının təmsilçilərinin və jurnalistlərin Azərbaycanın milli icmalarının fəalları ilə görüşü olmuşdur.

"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin başçısı Ənvər Şeyxov qonaqları salamlamış və bildirmişdir ki, görüşə Azərbaycanın rus, tataravar icmalarının nümayəndələri gəlmişlər.

Nümayəndə heyətinin başçısı, Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupova xaricdə yaşayan həmvətənlərə uzunmüddətli dəstək proqramından, Bakıda keçirdiyi görüşlərdən söz açaraq bildirmişdir ki, səfərin məqsədi Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan arasında mədəni əlaqələri möhkəmləndirməkdir.

2010-2015-ci illər üçün nəzərdə tutulmuş mədəni əməkdaşlıq proqramı yaradıcı kollektivlərlə mübadiləni, mədəniyyət günlərinin, olimpiadaların keçirilməsini, həştərxanlı əlil uşaqlara müalicə üçün yollayışların verilməsini, habelə azərbaycanlı şagird və tələbələrin kollecali məktəblərdə təhsil almaları üçün kvotaların ayrılmasını nəzərdə tutur. Həmvətənlərlə işə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsi böyük dəstək göstərir.

Həştərxanlı jurnalistlər - "Xəzər arzusu" müsabiqəsinin qalibləri vətənə döndükdən sonra "Bakı həştərxanlıların gözü ilə" adlı film çəkməyə hazırlaşırlar.

"Sodrujestvo" Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Təşkilatının sədri Tatyana Kərimova, Tatar icmasının sədri Gülcan Myasoutova, Avar icmasının sədri Maqomed İsayev qonaqlara ölkəmizin milli azlıqlarını təmsil edən öz təşkilatlarının fəaliyyəti barədə məlumat vermişlər.

 

 

Azərbaycan.- 2010.- 6 avqust.- S. 3.