Qəbələ sürətlə inkişaf edir, rayon əhalisinin sosial həyat şəraiti yaxşılaşır

 

Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında da çox əyani şəkildə görürük. Qəbələ, sözün əsl mənasında, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Hər dəfə Qəbələdə olanda, yenilikləri görəndə çox sevinirəm.

 

İlham ƏLİYEV

 

 İyul ayının son günlərində Prezident İlham Əliyevin Qəbələ rayonuna səfəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və YUNESKO-nun Baş direktoru İrina Vokovanın iştirakı ilə burada keçirilən tədbirlər Qəbələnin tarixinə daha bir unudulmaz səhifə yazdı. Qəbələnin özüon beş-iyirmi il bundan əvvəlki Qəbələ deyil. Ölkənin bütün rayonları kimi, bu rayon da əsl yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezitdenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, qəsəbə və kəndlərində quruculuq işləri geniş vüsət almışdır. Ümumiyyətlə, dövlət başçısının Qəbələyə hər səfəri həmişə yeniliklərlə müşayiət olunmuş, rayonun iqtisadiyyatında, sahibkarlığın inkişafında möhkəm zəmin yaratmışdır. Bir sözlə, birinciikinci regional inkişaf proqramlarının, habelə nəzərdə tutulmuş digər tədbirlərin bu rayonda da yüksək səviyyədə reallaşdırılması sayəsində yeni yerlərinin açılması, sosial infrastrukturun müasirləşdirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşunun artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapıb. Son illər Qəbələ ölkəmizdə həm də turizm bölgəsi kimi tanınmışdır. Qəbələ sürətli iqtisadi inkişaf prosesində qazandığı uğurlara görə ölkədə yüksək reytinqə malikdir. Bir fakta diqqət yetirək: 2003-cü illə müqayisədə rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfədən çox artmışdır. 2003-2009-cu illərdə 450-dən çox müəssisədə 8500-ə yaxın yeni yeri açılmışdır. Dünyanın inkişaf etmiş turizm bölgələri ilə rəqabətə girə biləcək səviyyədə kompleks tədbirlər həyata keçirilib, öz böyük tarixi şöhrətini bərpa edib...

Bu gün qədimliyi ilə yeniliyi özündə əks etdirən ən gözəl guşələrdən biri rayon mərkəzində yaradılmış Heydər Əliyev parkıdır. Müasir görünüşü ilə diqqət çəkən parkın ərazisi 2 hektardır. Cari ildə parkda yenidənqurma və abadlıq işləri aparılıb. Ərazidə əlavə yaşıllıq zolaqları salınıb, xüsusi suvarma sistemləri və dörd yeni fəvvarə quraşdırılıb. Parkda rayon əhalisinin və qonaqların istirahəti üçün yaxşı şərait yaradılıb.

Prezident İlham Əliyev iyulun 29-da rayonda olarkən Azərbaycanda gedən sürətli inkişaf prosesinin fəal iştirakçılarından biri kimi Qəbələnin ölkəmizin qazandığı uğurlarda ciddi paya malik olmasını xüsusi qeyd etmişdir. Prezidentin açılışında iştirak etdiyi Qəbələ "Qafqaz Riverside" hotelinin 16 hektar ərazisi var. Əsas korpusdan və kotteclərdən ibarət bu yeddimərtəbəli bina avanqardmodern arxitektura üslublarının sintezi əsasında inşa edilmişdir. Binanın interyerinin tərtibatında xaricdə hazırlanmış mebelaksessuarlardan istifadə olunmuşdur. Nömrələrdə qonaqların istirahətinin yüksək səviyyədə təmin olunması üçün hər cür şərait yaradılmışdır.

 Yeni yaradılmış müəssisələrdən olan "Gilan" konserv zavodu istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu olmayan müəssisədir. Zavodda "Tetra Park" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Dövlət başçısı zavodda yaradılan yeni istehsal sahələri ilə tanış olarkən bildirilmişdir ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Hazır məhsulu keyfiyyətlə saxlamaq üçün Azərbaycanda tam fərqli və regionda analoqu olmayan anbar inşa edilmişdir. Xüsusi temperaturgigiyenik şəraitin yüksək səviyyədə qorunduğu anbar məhsulların təravətli qalmasına zəmin yaradır. Zavodun məhsulları 30-dan çox ölkəyə ixrac olunur.

Qəbələ sürətli iqtisadi inkişafın, milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından da beynəlxalq mədəni görüşlər üçün ən münasib ünvana çevrilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Beynəlxalq musiqi festivalının da burada keçirilməsi təsadüfi deyil. Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı II Beynəlxalq Musiqi festivalının təntənəli rəsmi açılış mərasimində Mehriban xanım Əliyeva demişdir: "Qəbələ təkcə Azərbaycanın yox, dünyanın ən gözəl guşələrindən biridir. Qəbələnin zəngin tarixi və əsrarəngiz təbiəti vardır. Yeni eranın əvvəlində Qəbələ dünyanın ən qədim sivilizasiyalarından biri olan Qafqaz Albaniyasının paytaxtı idi. Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli ənənələrə və mədəniyyətə malik olan insanlar yaşayıblar. Təbii ki, hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyur".

Azərbaycan Prezidentinin göstəriş və tövsiyələrinə əsasən, rayonun sürətli iqtisadi irəliləyişində nəzərə çarpan uğurlardan biri rayonda turizmin inkişafıdır. Qəbələdə xeyli sayda ailə pansionatları, 20-yə yaxın dünya standartlarına cavab verən böyük turist obyektləri fəaliyyət göstərir. Qısa müddət ərzində Böyük Qafqaz sıra dağlarının ətəklərində sıx meşəliklərin, dağ çaylarının əhatəsində ən müasir tələblərə cavab verən mehmanxanalar, istirahət evləri, pansionatlar ucaldılıb, yollar çəkilib. Bir sözlə, turizm sənayesini inkişaf etdirmək üçün bütün zəruri infrastruktur yaradılıb. Bütün bu dəyişikliklər, ilk növbədə, rayon iqtisadiyyatına və rayon əhalisinin həyat tərzinə müsbət təsir göstərib. Belə ki, turizmin reallaşdırılması başlamazdan əvvəl rayon ölkədə 50 faizlik yoxsulluq fonunda kasıb bölgələrdən sayılırdı. Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi 11 faizə enmişdir. Qəbələdə isə göstərici sıfırdır, işsizlik tamamilə ləğv edilmişdir. Bir vaxtlar ardınca buradan başqa yerlərə üz tutanlar da artıq neçə ildir ki, Qəbələdə işləməyə üstünlük verirlər. Məsələ təkcə onda deyil ki, çoxlu adam birbaşa turizm sənayesinin özünün müxtəlif sahələrinə, obyektlərin tikintisinə, servis xidmətlərinə və s. cəlb olunub. Əsası odur ki, on minlərlə yerli kənd sakini konkret olaraq artıq fəaliyyət göstərən turizm obyektləri üçün kənd təsərrüfatı məhsulu istehsal edir. Onlar öz təsərrüfatlarında yetişdirdikləri meyvə və tərəvəzi harada və necə satmaq barədə fikirləşmirlər...

Bütün bunlar bir daha deməyə əsas verir ki, Qəbələ çoxşaxəli şəkildə böyüyür, inkişaf edir, gözəlləşir.

 

 

Azərbaycan.- 2010.- 7 avqust.- S. 1.