“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 947-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 947-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

1. Müəyyən edilsin ki:

1.1. “Tarix mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində, 18-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində, 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 23-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;

1.2. həmin Qanunun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2. “Tarix mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 6, maddə 386; 2002-ci il, ¹ 1, maddə 14; 2006-cı il, ¹ 9, maddə 743, ¹ 11, maddə 943; 2007-ci il, ¹ 11, maddə 1115; 2008-ci il, ¹ 1, maddə 8, ¹ 6, maddə 498) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində ikinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin birinci hissəsində, 8-ci maddəsində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinciikinci hissələrinin ikinci cümlələrində, 14-cü maddəsinin birinciikinci hissələrində, 15-ci maddəsinin ikinci hissəsinin birinciikinci cümlələrində, 17-ci maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinciikinci cümlələrində və ikinci hissəsində, 21-ci maddəsinin ikinciüçüncü hissələrində, 23-cü maddəsinin birinciikinci hissələrində, 25-ci maddəsinin birinci hissəsinin birinciikinci cümlələrində və altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;”;

2.2. altıncı abzas aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;”;

2.3. on birinci abzas aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində hər iki halda, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin birinci ikinci hissələrində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində ikinci hissəsində, 13-cü maddəsinin birinci ikinci hissələrinin ikinci cümlələrində, 14-cü maddəsinin birinci ikinci hissələrində, 15-ci maddəsinin ikinci hissəsinin birinci ikinci cümlələrində, 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində, 17-ci maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci ikinci cümlələrində ikinci hissəsində, 21-ci maddəsinin ikinci üçüncü hissələrində, 23-cü maddəsinin birinci ikinci hissələrində, 24-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin birinci ikinci cümlələrində altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2010-cu il.

 

Azərbaycan.- 2010.- 14 avqust.- S. 2.