Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

 

Avqustun 16-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Abdullah Gülü hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Türkiyə Prezidentinə gül dəstələri təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Abdullah GülBaş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 avqust.- S. 2.