Macarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Pal Şmittə

 

Hörmətli cənab Prezident!

Macarıstanın milli bayramı - Müqəddəs İştvan günü münasibətilə Sizi bütün xalqınızı Azərbaycan xalqı adından öz adımdan ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, istər ikitərəfli qaydada, istərsə Avropa strukturları çərçivəsində əməkdaşlığımızın dərinləşməsi prosesləri bundan sonra da ardıcıl şəkildə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına əmin-amanlıq firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 20 avqust.- S. 1.