Dövlət başçısına minnətdarlıq

 

Möhtərəm cənab Prezident!

Bu il avqustun 19-da mənim həyatımda çox böyük və fərəhli hadisə baş vermişdir. Siz 80 illiyim münasibətilə iki sərəncam imzalamısınız. Mənə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünü təyin etmiş və məni "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif etmisiniz.

Xahiş edirəm, ədəbiyyatşünaslıq elmimiz qarşısında mütəvaze əməyimi çox yüksək qiymətləndirdiyiniz üçün dərin minnətdarlıq və təşəkkürlərimi qəbul edəsiniz.

Möhtərəm Prezident, sərəncamlarınızı qəzetlərdə görəndə gözlərim önündə ulu öndər Heydər Əliyevin unudulmaz obrazı canlandı. 32 il bundan əvvəl həyatımda aldığım ilk böyük mükafatı - Azərbaycan Dövlət Mükafatı Laureatının Qızıl nişanını mənə Bakı Filarmoniyasında keçirilən təntənəli mərasimdə ümummilli lider özü təqdim etmişdi.

Cənab Prezident, bir daha öz ailəm, rəhbərlik etdiyim kollektiv adından Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Sizə, ailənizin bütün üzvlərinə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın daha böyük səadətlərə qovuşması naminə yeni tarixi uğurlar arzu edirəm.

Ürəkdən inanıram ki, şəxsən Sizin müdrik rəhbərliyiniz altında hamımız üçün doğma olan müstəqil Azərbaycan Respublikası bundan sonra daha böyük iqtisadi, siyasi, elmi, mədəni uğurlara imza atacaq, müvəqqəti işğala məruz qalmış torpaqlarımız da mütləq azad ediləcəkdir!

 

 

Bəkir NƏBİYEV,

akademik

 

Azərbaycan.- 2010.- 21 avqust.- S. 4.