Azərbaycan müstəqil və uğurlu xarici siyasət yürüdən ölkə kimi tanınır

 

Müasir dövrdə hər bir müstəqil dövlətin nüfuzu və qüdrəti həm də onun xarici siyasət sahəsində qazandığı nailiyyətlərlə ölçülür. Dövlətçiliyin, müstəqilliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, enerji asılılığının azaldılması, iqtisadigeostrateji maraqların ödənməsi, vətəndaşların firavan yaşayışının təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Xarici siyasət və diplomatiya eyni zamanda hər bir dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərinin həllinə yönəlir.

Yeni dünya nizamının diktə etdiyi geosiyasi reallıqlara nəzərən sivil, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə söykənən, eyni zamanda müstəqil xarici siyasət yeridən, beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirən, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib dövlətə çevrilən Azərbaycanın bu mövqeyi möhkəm siyasi sabitliklə yanaşı, iqtisadidemokratik inkişaf prosesi ilə şərtlənir. Son 7 ildə iqtisadi yüksəlişi və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etmişdir. Beləliklə, çevik və səmərəli xarici siyasət yürüdən dövlət başçısı İlham Əliyev "güclü dövlət - müstəqil siyasət" devizini praktik olaraq gerçəkləşdirmişdir. İqtisadi, siyasihüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir.

Azərbaycan Prezidenti İlham Əliyevin son 7 ildə həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə diqqəti cəlb edir. Rəsmi Bakı 2003-2010-cu illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirmişdir.

Hazırda hansısa dövlətin müstəqil xarici siyasət yeritməsi, milli maraqlarını beynəlxalq miqyasda qoruya bilməsi üçün əvvəllər əsas götürülən ərazi və əhali amilləri bugünkü reallıqda o qədər də aktual səslənmir. Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən Azərbaycan praqmatik diplomatiya yeritməklə bölgədə və ümumən Avropa subregional məkanında layiqli yer tutmuşdur. Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi məkanda yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə hər bir konkret zaman və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli şəkildə enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi Azərbaycanın xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasiiqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.

"Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı İlham Əliyev respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır. Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, ABŞ, Rusiya, İran, İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur.

Diplomatiyada dövlətlərin qeyri-rəsmi olaraq "diktə edən" və "diktə olunan"lar bölgüsü əsasında təsnifatlandırılması da real faktdır. Uzağa getməyək, bu gün təcavüzkar siyasəti ilə regionda militarist siyasət yeridən, özünü faydalı əməkdaşlıq təşəbbüslərindən, enerji-kommunikasiya layihələrindən təcrid edən Ermənistanın "for-post" dövlət olduğu heç kimə sirr deyildir. Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan bu gün tam müstəqil daxilixarici siyasət yeridərək "güclü dövlət - müstəqil siyasət" prinsipini rəhbər tutur. Hansısa mərhələdə rəsmi Bakıya təsir göstərməyə çalışan, hegemonluq iddiasında olan dövlətlər də artıq bunun mənasızlığını dərk edərək respublikamızla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər.

Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Belə bir vəziyyət isə müdafiə məsələlərinə diqqətin artırılmasını tələb edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bunun da miqyası genişlənəcəkdir. Azərbaycanda, eyni zamanda, ordumuz üçün lazım olan avadanlığın, silah-sursatın istehsalı üçünböyük işlər görülür. Müdafiə Sənayesi Nazirliyinin son illərdə bu istiqamətdə uğurlu fəaliyyəti buna sübutdur.

Son illərdə dövlət rəhbərinin apardığı danışıqlar, nümayiş etdirdiyi qətiyyətli mövqe, verdiyi bəyanatlar nəinki təbliğati prizmadan olduqca effektiv olmuş, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı aparılan danışıqlarda rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü təmin etmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış edərək aparıcı qüvvəyə çevrilməsi problemin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Avropa Şurası, Avropa Birliyi, ATƏT, İKT kimi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmiş BMT problemin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipini önə çəkmişdir. Son illər danışıqlar prosesi Madrid prinsipləri əsasında aparılır. Madrid prinsipləri əsasında tərəflərə təqdim edilmiş yeniləşmiş təkliflər demək olar ki, məsələnin həlli üçün əsas yarada bilər.

Sülh danışıqları ilə yanaşı, Azərbaycan cəmiyyətində daim gündəmdə qalan məsələlərdən biri də lazım gələrsə Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllidir. Torpaqlarımızın bu yol ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Bu gün Azərbaycanın yüksək döyüş hazırlığı olan güclü ordusu var.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirmişdir: "Ermənistanın mövqeyi bir daha onu göstərir ki, Ermənistan tərəfi sülh istəmir. Onlar sadəcə olaraq, status-kvo vəziyyətini maksimum, nə qədər mümkünsə uzatmaq istəyirlər. İşğal edilmiş torpaqlardan çıxmaq istəmirlər. Bu işğalı davam etdirmək istəyirlər. Özlərinin danışıqlara guya ki, sadiq olduqlarını nümayiş etdirmək üçün cəhdlər göstərirlər. Sadəcə olaraq çalışırlar ki, bu danışıqlar prosesi daha da uzansın və bir növ permanent, əbədi xarakter alsın.

Əlbəttə ki, Azərbaycan tərəfi bununla heç vaxt razılaşa bilməz. Biz dəfələrlə demişik, o vaxtadək danışıqlarda iştirak edəcəyik ki, danışıqların real nəticələri mümkün ola bilsin. Azərbaycan tərəfi maksimum dərəcədə konstruktivlik nümayiş etdirdibu günnümayiş etdirir. Bizim ən böyük kompromisimiz ondan ibarətdir ki, 20 ilə yaxındır ki, torpaqlarımız işğal altında qaldığı halda, hələ də sülh prosesinə sadiqik".

Azərbaycanın dəqiq hədəflərə hesablanmış uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq miqyasda Azərbaycanın ildən-ilə artan nüfuzu üzləşdiyimiz problemin qısa vaxt ərzində həll ediləcəyinə inamı artırır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.-27  avqust.- S. 1.