Türkiyənin hərbi məktəblərinin azərbaycanlı məzunlarına diplomlar təqdim olunmuşdur

 

Türkiyənin hərbi məktəblərindən məzun olmuş azərbaycanlı gənclərə diplomlar təqdim olunmuşdur.

İlk buraxılış mərasimi Gülhanə Hərbi Tibb Akademiyasında keçirilmişdir. Buradan məzun olan iki azərbaycanlı hərbi həkimə diplomları Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov təqdim etmişdir.

Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahin də mərasimdə iştirak etmiş, məzunlara diplomları təqdim etmişdir.

Quru Qoşunları Hərbi Məktəbində Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Günündə buraxılış mərasimi olmuşdur. Mərasimdə Türkiyə Prezidenti Abdullah Gül, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner, hərbi hava, dəniz və jandarm qüvvələri komandanları iştirak etmişlər.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və hərbi ataşe, polkovnik Ənvər İbrahimov dörd azərbaycanlı məzuna diplomları təqdim etmişlər.

Səfir Faiq Bağırov Ankarada keçirilən Zəfər Bayramı hərbi paradında da iştirak etmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri,

Ankara

 

Azərbaycan.- 2010.- 31 avqust.- S. 3.