Qurani-Kərimin yeni nəfis nəşri

 

 Müqəddəs Qurani-Kərimin dünya dillərinə tərcüməsi ilə bərabər, kitabın müxtəlif ölçülərdə, tərtibatda mükəmməl poliqrafik icrada nəşri daim diqqət mərkəzində olmuşdur.

Dünyanın qabaqcıl ölkələri, nüfuzlu nəşriyyatlar Quranın yüksək peşəkarlıq, orijinal tərtibat klassikliyin müasirliklə vəhdətindən yaranmış çalarlar əsasında nəşri işinə xüsusi önəm verirlər.

Dünya kitab nəşri tarixində Qurani-Kərimin ən kiçik ölçüdə - uzunluğu cəmi bir neçə santimetr ən bahalı - qiymətli daş-qaşla bəzədilmiş nadir nüsxələri vardır.

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, bu baxımdan ölkəmizin kitab mədəniyyəti tarixində əlamətdar hadisə baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü dəstəyi ilə müqəddəs kitabımız Qurani-Kərim çox nəfis orijinal poliqrafik icrada işıq üzü görmüşdür. Yüksək peşəkarlıq zövqlə hazırlanmış Qurani-Kərimin bu nəşrinin onun nazil olduğu mübarək Ramazan ayında ictimaiyyətə təqdim olunması da təsadüfi deyildir. Xüsusi texnologiya əsasında aşılanmış dəri ilə cildlənmiş kitabın üz qabığı Svarovski daşları ilə bəzədilmiş, səhifələr kalliqrafik naxışlarla səliqəli çərçivəyə salınmışdır. Tirajın hər nüsxəsi yüksək zövqlə hazırlanmış əl işi ilə tamamlanmış qızılı rəngli qutuda yerləşdirilmişdir.

Futlyarında "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi" sözləri yazılmış Qurani-Kərimin bu nəşri kitab mədəniyyəti tarixində layiqli yerini tutacaqdır.

 

Azərbaycan.- 2010.- 14 avqust.- S. 2.