Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başa çatmışdır

 

ATƏT-in VII sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri dekabrın 2-də başa çatmışdır.

Astananın Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli dövlət hökumət nümayəndələri yola saldılar.

Həmin gün Prezident İlham Əliyev Bakıya qayıtdı.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

AzərTAc

Azərbaycan.- 2010.- 3 dekabr.- S.1.