Rabitəçilər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür.

Bu münasibətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollektivi dekabrın 6-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S. 5.