Füzulidə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilmişdir  

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Füzuli rayonunda hörmət ehtiramla yad edilmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov, ictimaiyyətin nümayəndələri ulu öndərin vəfatının yeddinci ildönümü ilə əlaqədar Horadiz şəhərində dahi rəhbərin adını daşıyan parka gələrək abidəsi önünə tər güllər düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Mərasim iştirakçıları sonra Heydər Əliyev muzeyindəki ekspozisiyalarla yaxından tanış olmuş, ümummilli liderimizin həyat fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərə maraqla baxmışlar.

 

Azərbaycan.- 2010.- 10 dekabr.- S.3.