Ulu öndər Heydər Əliyevin ruhu hər zaman Azərbaycan üzərində dolaşacaq, xatirəsi hər bir azərbaycanlının ürəyində yaşayacaqdır

 

Dekabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü münasibətilə Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində tədbir keçirmişdir.

 

Tədbirdə dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları, YAP İdarə heyətinin Siyasi şurasının üzvləri, partiya fəalları iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin YAP-ın yaradıcısı, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə iştirakçılar əvvəlcə buradakı eksponatla tanış olmuşlar. Məlumat verilmişdir ki, mərkəzdə ulu öndər Heydər Əliyevin geniş çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən müxtəlif audio videomateriallar, kitablar, şəkillər toplanmışdır.

Tədbir ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, əbədi dönməz olmasında göstərdiyi tarixi xidmətlərə həsr edilmiş "Millət atası" filminin nümayişi ilə başlanmışdır.

Mərasimi açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, tarix onu yaradanları heç zaman unutmur. Belə şəxsiyyətlərin məxsus olduğu xalq onların xatirəsini həmişə minnətdarlıq hissi ilə uca tutur. Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin bu dövlətin möhkəmlənməsində xüsusi xidmətlər göstərmiş YAP-ın yaradıcısı Heydər Əliyev belə şəxsiyyət idi onun haqqında heç vaxt keçmiş zamanda danışmaq düzgün deyildir. Çünki onun başladığı işlər bu gün uğurla davam etdirilir, xalqımız ulu öndərin müəyyən etdiyi inkişaf yolu ilə qətiyyətlə addımlayır.

Ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlı üçün milli iftixar, milli qürur mənbəyi olduğunu vurğulayan Əli Əhmədov qeyd etmişdir ki, vəfatının 7-ci ildönümündə onun xatirəsinin həm respublikamızda, həm çox-çox uzaqlarda qeyd olunması bunun bariz nümunəsidir.

Prezident, YAP-ın sədri İlham Əliyevin "Heydər Əliyev ideyalarının siyasətinin Azərbaycanda alternativi yoxdur" sözlərini xatırladan sədr müavini günbəgün inkişaf edən, qüdrətlənən Azərbaycanın bu fikri birbaşa təsdiq etdiyini vurğulamışdır.

Əli Əhmədov qeyd etmişdir ki, hər bir siyasi xadimin iki ömrü - bir fiziki, bir siyasi ömrü vardır. Ulu öndər Heydər Əliyev o nadir siyasi xadimlərdəndir ki, onun siyasi ömrü əbədi olacaqdır. Çünki onun ideyaları, əməlləri, Azərbaycan dövləti xalqı üçün göstərdiyi tarixi xidmətlər heç vaxt yaddaşlardan silinməyəcəkdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov demişdir ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ümummilli lideri vardır. "Müstəqil Azərbaycan dövləti ümummilli liderin şah əsəridir" fikrini xatırladan Milli Məclisin deputatı qeyd etmişdir ki, ulu öndər özü isə XX əsrin yaradılmışları arasında Tanrının şah əsəridir.

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən F.Heydərov qeyd etmişdir ki, mərkəzdəki eksponatları seyr etdikcə qəlbimiz fərəhlə dolur. Ulu öndərin 1969-cu ildə başlanan nəhəng, çoxşaxəli zəngin missiyası gözlərimiz önündə canlanır. Ümummili lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ölkəmizi qaranlıqdan işığa çıxarmışdır. Qısa müddət ərzində Azərbaycanı geridə qalmış kənd təsərrüfatı respublikasından inkişaf etmiş sənaye mərkəzinə çevirən ulu öndər ölkəmizi ucaltdıqca özü onunla bərabər yüksəlmişdir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk 14 il inkişaf, çiçəklənmə dövrü idi. Ölkədə 2 milyon ton üzüm istehsal edilmiş, ucsuz-bucaqsız pambıq tarlaları salınmışdı.

Sovet hakimiyyətinin sonlarından başlayaraq Azərbaycana qarşı aparılan müharibənin birbaşa Heydər Əliyevə qarşı mübarizənin davamı olduğunu bildirən F.Heydərov məhz ulu öndər hakimiyyətdən uzaqlaşdırıldığına görə hər şeyin dağıldığını, respublikanın xaosa sürükləndiyini qeyd etmişdir.

Müstəqil Azərbaycan dövlətinin məhz ulu öndərin rəhbərliyi altında düzgün yola çıxdığını, əsaslı şəkildə işlənmiş strategiya nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan deputat Milli Məclisə son seçkilərin ümummilli liderin ideyalarının xalqımızın qəlbində əbədi yaşayacağını sübut etdiyini bildirmişdir. Onun xalqımız üçün açdığı yol həmişə işıqlı əbədidir.

Daha sonra çıxış edən professor, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov ulu öndərin Azərbaycanın inkişafı ilə bağlı gördüyü misilsiz işlərdən ətraflı danışmışdır.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndərin genişmiqyaslı dövlətçilik fəaliyyəti haqqında fikirlərini söyləmişdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın ən mürəkkəb taleyüklü dövründə dövlətə rəhbərlik vəzifəsini öz üzərinə götürərək xilaskarlıq quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə tarixdə silinməz iz qoymuşdur.

İcra başçısı bildirmişdir ki, müstəqilliyi dəftər-kitabda qazanmaq şərt deyildir. Əsas məsələ onu dönməz prosesə çevirmək, bu ağacın yetişdirdiyi meyvədən hər bir azərbaycanlının bəhrələnməsini mümkün etmək, vətəndaşı olduğu ölkə üçün qürur mənbəyinə çevirməkdir. Ulu öndər bunu böyük məharətlə bacarmış, böyük keçmişi olan bir türk dövlətinin çağdaş tarixinə öz möhürünü basmışdır. Azərbaycanı yeni dünyanın - Qərb demokratik dəyərlərinin Şərq əxlaq qaydalarının hakim olduğu bir dünyanın ən öncül, qüdrətli perspektivli dövlətlərindən birinə çevirmişdir.

Mərasimə yekun vuran Əli Əhmədov bildirmişdir ki, bu gün sürətli tərəqqi yolu ilə inamla irəliləyən müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin genişmiqyaslı yorulmaz fəaliyyəti nəticəsində böyük inkişaf mərhələsi keçmiş, əldə etdiyi sosial-iqtisadi nailiyyətlərlə dünya miqyasında lider mövqeyə yüksəlmişdir. Qazanılmış uğurlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının dərəcədə mükəmməl olduğunu, onun yeni çalarlarla daha da zənginləşdirilərək dövrün tələblərinə uyğun formada Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirildiyini bariz şəkildə sübuta yetirmişdir.

 

AzərTAc

Yeni Azərbaycan.- 2010.- 11 dekabr.- S2.